AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tələbələr üçün insan alverinə qarşı maarifləndirici təlim keçirilib

  • + A
  • - A
  • 9-02-2026, 17:24

    Tələbələr üçün insan alverinə qarşı maarifləndirici təlim keçirilib

    Ümidli Gələcək İctimai Birliyinin sosial xidmətləri çərçivəsində fəaliyyət göstərən “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzi və Azərbaycan Uşaq Qaynar Xəttinin əməkdaşları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində fəaliyyət göstərən Humanitar Kollecin dəvəti ilə tələbələr üçün maarifləndirici görüş və təlim təşkil ediblər.
    Birgə əməkdaşlıq çərçivəsində keçirilən tədbir “İnsan alveri: anlayış, risklər və qarşısının alınması mexanizmləri” mövzusuna həsr olunub.
    Təlim zamanı iştirakçılara insan alverinin mahiyyəti və formaları, bu cinayətin hüquqi tənzimlənməsi, sosial və psixoloji nəticələri, eləcə də risk qrupları barədə ətraflı məlumat verilib. Eyni zamanda, insan alverinə cəlbetmə üsulları, manipulyasiya və aldatma yolları, onlayn mühitdə mövcud olan təhlükələr, erkən aşkarlama əlamətləri, ilkin müdaxilə və aidiyyəti qurumlara düzgün yönləndirmə mexanizmləri praktik nümunələr əsasında izah olunub.
    Maarifləndirmə çərçivəsində insan alverinin və məişət zorakılığının qarşısının alınmasında dövlət və ictimai mexanizmlərin rolu xüsusi vurğulanıb. Bu istiqamətdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan alverinə qarşı mübarizə Baş İdarəsinin 152 Qaynar Xətti, eləcə də uşaqlar üçün nəzərdə tutulmuş 116111 Uşaq Qaynar Xətti barədə ətraflı məlumat verilib. Həmin xidmətlərin fəaliyyət prinsipləri, müraciət qaydaları və əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb.
    Təlimin sonunda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb, real həyat təcrübələrinə əsaslanan müzakirələr aparılıb. Həmçinin insan alveri ilə mübarizədə fərdi məsuliyyətin, təhlükəsiz davranışın və erkən reaksiya mexanizmlərinin vacibliyi bir daha vurğulanıb.
    Tədbir gənclərin hüquqi maarifləndirilməsi, potensial risklərdən qorunması və cəmiyyətdə insan alverinə qarşı mübarizə sahəsində məlumatlılığın artırılması baxımından mühüm əhəmiyyət daşıyıb.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR