Bakı şəhəri 14 saylı tam orta məktəbdə Novruz şənliyi keçirildi.

Novruz bayramı
Novruz xalqımızın qədim köklərə söykənən, milli-mənəvi dəyərlərimizi yaşadan ən əziz bayramlarından biridir. Bu bayram yalnız təbiətin oyanışını deyil, həm də cəmiyyətimizdə birlik, həmrəylik və yenilənmə ruhunun təntənəsini ifadə edir.
14№li tam orta məktəbin btidai sinif müəllimi Gülnar Ömərovanın rəhbərlik etdiyi 3"D" sinif şagirdləri Novruz bayramına həsr olunmuş tədbir keçirtdilər. Bayramın ənənələrinə uyğun olaraq Novruzun xüsusi adətlərini və rituallarını nümayiş etdiriblər. Şagirdlər həmçinin Novruzun mənəvi dəyərlərini vurğulayan çıxışlar edərək, bu qədim bayramın əhəmiyyətini izah ediblər. Tədbirdə şagirdlər bir-birindən maraqlı mahnılar oxuyub, bayrama həsr olunmuş şeirlər səsləndiriblər.
Sonda məktəbin direktoru Rəfail Hüseynov çıxış edərək bütün şagirdləri və müəllimləri bayram münasibətilə səmimi qəlbdən təbrik edib.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.