AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat Lefkoşada keçirilən beynəlxalq seminarda çıxış edib

  • + A
  • - A
  • Bu gün, 20:39

    Deputat Lefkoşada keçirilən beynəlxalq seminarda çıxış edib

    Elnarə Akimova Şimali Kipr Türk Cümhuriyyətinin paytaxtı Lefkoşa şəhərində yerləşən Atatürk Öğretmen Akademiyasında keçirilən “Türk Dünyası Uşaq Ədəbiyyatı Seminarı”nın açılış mərasimində çıxış edib.

    Seminar Atatürk Kültür, Dil ve Tarih Yüksek Kurumu tərəfindən təşkil olunub və müxtəlif türk dövlətlərini təmsil edən alimləri, yazıçıları və ədəbiyyat araşdırmaçılarını bir araya gətirib.

    Çıxışı zamanı deputat uşaq ədəbiyyatının milli kimliyin formalaşması, dilin qorunması və ortaq mədəni yaddaşın inkişafındakı mühüm rolundan bəhs edib. O, bu sahədə yeni təşəbbüslərin və əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb.

    Deputat bildirib ki, belə beynəlxalq platformalar türk dünyasında ortaq ədəbi düşüncənin güclənməsinə, yeni əməkdaşlıqların yaranmasına və daha keyfiyyətli uşaq ədəbiyyatı nümunələrinin formalaşmasına mühüm töhfə verir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR