AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda İkinci Dünya müharibəsi iştirakçılarının xatirəsi anılıb

  • + A
  • - A
  • Bu gün, 17:32

    Bakıda İkinci Dünya müharibəsi iştirakçılarının xatirəsi anılıb


    Bakıda Yasamal qəbiristanlığında İkinci Dünya müharibəsi iştirakçılarının memorial məzarlığı önündə faşizm üzərində Qələbə Gününün ildönümünə həsr olunmuş xatirə aksiyası keçirilib.

    Tədbirdə Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov, diplomatik missiyanın əməkdaşları, Azərbaycan Rus İcmasının, ictimai təşkilatların nümayəndələri və paytaxt sakinləri iştirak ediblər.

    Aksiya iştirakçıları İkinci Dünya müharibəsinin iştirakçısı olan 200 hərbi qulluqçunun dəfn edildiyi memorialın önünə güllər düzüblər.

    "Azərbaycan üçün İkinci Dünya müharibəsi qəhrəmanlarının xatirəsi müqəddəsdir. Xalqımız cəbhədə mərdlik, arxa cəbhədə isə fədakarlıq nümayiş etdirərək müharibənin ən ağır sınaqlarından şərəflə keçib. Yüzminlərlə azərbaycanlı Vətəni müdafiə etməyə yollanıb, minlərlə insan dinc gələcək uğrunda canından keçib, Bakı nefti isə qələbənin strateji dayağına çevrilib", - Azərbaycanın Rus İcmasının sədr müavini Anastasiya Lavrina bildirib

    O, tarixi yaddaşın qorunub saxlanılmasında dövlətin rolunu qeyd edib: "Bu gün prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkədə veteranların, müharibə qəhrəmanlarının xatirəsi və tarixi həqiqət ardıcıl olaraq qorunub saxlanılır. Qələbə irsinə qayğı, yaşlı nəslə hörmət və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi dövlət siyasətinin mühüm hissəsi olaraq qalır".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR