AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Baş Prokurorluqda məişət zorakılığına qarşı mübarizə sahəsində təlim keçirilib

  • + A
  • - A
  • Bu gün, 20:00

    Baş Prokurorluqda məişət zorakılığına qarşı mübarizə sahəsində təlim keçirilib

    Aprelin 29-30-u tarixlərində Azərbaycan Respublikasının Baş Prokurorluğunun Elm-Tədris Mərkəzində məişət zorakılığına qarşı mübarizə və uşaq hüquqlarının müdafiəsi sahəsində prokurorluq və daxili işlər orqanlarının əməkdaşları üçün “Məişət zorakılığı üzrə qanunvericiliyin tətbiqi təcrübəsi və aktual problemlər” mövzusunda təlim təşkil edilib.

    Təlimdə Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, məhkəmə sədrləri, eləcə də Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya kafedrasının təcrübəli müəllimləri çıxış ediblər.

    Təlim çərçivəsində qadınlara və uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması, uşaqların psixoloji müdafiəsi, insan alverinə qarşı mübarizə, həmçinin yetkinlik yaşına çatmayanların hüquqlarının təmin olunması ilə bağlı məsələlər müzakirə edilib.

    Eyni zamanda, məişət zorakılığı ilə bağlı işlər üzrə məhkəmə təcrübəsi, psixodiaqnostika, gender bərabərliyi, vətəndaş cəmiyyətinin rolu, eləcə də milli müdafiə mexanizmləri və erkən, məcburi nikahların qarşısının alınması məsələlərinə toxunulub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR