AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QUBA VƏ LƏNKƏRANDA GƏNCLƏR ÜÇÜN YARADICI TƏLIMLƏR KEÇIRILDI

  • + A
  • - A
  • Bu gün, 10:50

    QUBA VƏ LƏNKƏRANDA GƏNCLƏR ÜÇÜN  YARADICI TƏLIMLƏR KEÇIRILDI

    “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin QHT-lər üçün elan etdiyi 2025-ci il qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Domestika.org beynəlxalq onlayn kurs platformasının istifadəsinin davamlılığının təmini – II mərhələ” layihəsi üzrə Quba və Lənkəran şəhərlərində 2 günlük yaradıcı təlim proqramı təşkil edib.
    Layihənin əsas məqsədi gənclərin yaradıcılıq və rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, regionlarda innovativ təlim imkanlarının yaradılması və sosial həssas qruplardan olan gənclərin yaradıcı sənayelərə inteqrasiyasına dəstək verməkdir. Təlimlərdə əsasən peşə məktəblərinin, yaradıcılıq mərkəzlərinin və ali təhsil müəssisələrinin tələbələri, xüsusilə gənc qızlar iştirak ediblər.
    Təlim proqramı çərçivəsində iki fərqli yaradıcı istiqamət üzrə praktiki məşğələlər keçirilib.
    İlk təlim ənənəvi keçə sənətinə həsr olunub. İştirakçılara keçənin Azərbaycan xalq tətbiqi sənətindəki rolu, qədim ənənələri və xüsusilə Qarabağ bölgəsində formalaşmış keçəçilik mədəniyyəti barədə məlumat verilib. Praktiki hissədə yun materiallardan istifadə etməklə müxtəlif dekorativ keçə məhsulları hazırlanıb. Təlim zamanı iştirakçılar yaradıcı yanaşma nümayiş etdirərək müasir dizayna uyğun fiqurlar və aksesuarlar hazırlayıblar.
    Digər təlim isə qalın iplərlə əl toxuma texnikası üzrə təşkil olunub. İştirakçılara bu sənət növünün sadə, əlçatan və xüsusi avadanlıq tələb etməyən yaradıcı fəaliyyət istiqaməti olduğu izah edilib. Eyni zamanda qeyd olunub ki, son illərdə bu texnika Avropada və sosial media platformalarında geniş yayılıb və kreativ məhsul istehsalında aktual sahələrdən biri hesab olunur. Praktiki mərhələdə iştirakçılar çanta, şərf və dekorativ aksesuarlar hazırlayaraq öz bacarıqlarını inkişaf etdiriblər.
    Təlimlər boyunca iştirakçıların fəallığı və öyrənməyə marağı yüksək olub. Bir sıra iştirakçılar gələcəkdə bu bacarıqlardan şəxsi fəaliyyət və kiçik biznes təşəbbüsləri üçün istifadə etmək istədiklərini bildiriblər.
    Keçirilən təlimlər gənclərin yaradıcılıq potensialının inkişafına, milli sənət irsinə marağın artırılmasına və həm ənənəvi, həm də müasir sənət istiqamətlərinin tanıdılmasına mühüm töhfə verib. Layihə regionlarda yaradıcı fəaliyyətin təşviqi, gənclərin məşğulluq imkanlarının genişləndirilməsi və yaradıcı sənayelərin inkişafına dəstək məqsədi daşıyır.




















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR