2026-cı ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkələrində istehlakçılara 55383,6 min manatlıq məhsul satılmış və onun 31729,1 min manatını (57,3 faiz) ərzaq məhsulları, içkilər və tütün məmulatları, 23654,5 min manatını (42,7 faiz) qeyri-ərzaq malları təşkil etmişdir.
2025-ci ilin yanvar-mart aylarına nisbətən pərakəndə ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 0,6 faiz artmış, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 8,3 faiz artmış, qeyri-ərzaq malları üzrə isə 7,5 faiz azalmışdır.
2026-cı ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkələrində əmtəə qalığının həcmi 3723,2 min manat təşkil etmişdir.
Pərakəndə ticarət dövriyyəsinin həcmində qeyri-dövlət sektoru 100,0 faiz təşkil etmişdir.
Ağsu Rayon Statistika İdarəsinin
baş məsləhətçisi Leyla Cəbrayılova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.