AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Böyük Qayıdış davam edir: Bu gün 58 ailə doğma yurduna qovuşur

  • + A
  • - A
  • Bu gün, 10:14

    Böyük Qayıdış davam edir: Bu gün 58 ailə doğma yurduna qovuşur

    Bu gün "Böyük Qayıdış" Dövlət Proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərə daha 58 ailə, ümumilikdə isə 244 nəfər doğma yurduna qayıdır.

    Keçmiş məcburi köçkünlər Azərbaycanın 10 yaşayış məntəqəsində yeni həyata başlayacaqlar. Köç edənlərin bölgələr üzrə bölgüsü belədir:

    - Həsənriz kəndi – 53 nəfər;
    - Çıldıran kəndi – 53 nəfər;
    - Kərkicahan qəsəbəsi – 34 nəfər;
    - Şükürbəyli kəndi – 28 nəfər;
    - Vəngli kəndi – 23 nəfər;
    - Hadrut qəsəbəsi – 15 nəfər;
    - Böyük Qaladərəsi kəndi – 14 nəfər;
    - Ballıca kəndi – 7 nəfər;
    - Bədərə kəndi – 5 nəfər;
    - Xanabad kəndi – 5 nəfər.

    Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə qayıdış Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq həyata keçirilən "Böyük Qayıdış" Dövlət Proqramı çərçivəsində davam etdirilir.

    Bu ailələr uzun illər ərzində yataqxanalarda, sanatoriyalarda, uşaq düşərgələrində, həmçinin müxtəlif inzibati və yarımçıq tikililərdə müvəqqəti məskunlaşmışdılar. Aradan keçən 30 ildən sonra onların doğma torpaqlarına könüllü, təhlükəsiz və ləyaqətli şəkildə qayıtması Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərin ən mühüm nəticələrindən biridir.

    Doğma yurdlarına dönən sakinlər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə edərək, yenidən öz evlərində yaşamağın sevincini bölüşüblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR