AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hindistanın cənubunda qayıq qəzasında altı balıqçı itkin düşüb

  • + A
  • - A
  • Bu gün, 17:00

    Hindistanın cənubunda qayıq qəzasında altı balıqçı itkin düşüb

    Hindistanın cənub-şərqindəki Andxra-Pradeş ştatının Vizak sahillərində qayığın aşması nəticəsində altı balıqçı itkin düşüb.

    Bu barədə "Press Trust of India" məlumat yayıb.

    Qayıqda olan yeddi balıqçı iyulun 1-də balıq ovuna çıxıb. Ehtimal olunur ki, qayıq fırtına və güclü külək səbəbindən aşıb.

    "Onlardan biri kruiz gəmisinin heyəti tərəfindən xilas edilib, qalan altı nəfərin tapılması üçün isə axtarış əməliyyatları davam edir", - deyə Vizak Balıqçı Gəmiləri Assosiasiyasının prezidenti Lakşman Rao bildirib.

    Qeyd olunub ki, axtarışlara Hindistan Sahil Mühafizəsi və dəniz polisi cəlb olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR