AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BDU “İctimaiyyətlə əlaqələr” üzrə magistr proqramına start verir

  • + A
  • - A
  • Bu gün, 15:00

    BDU “İctimaiyyətlə əlaqələr” üzrə magistr proqramına start verir

    2026/2027-ci tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində magistratura səviyyəsində ilk dəfə olaraq “İctimaiyyətlə əlaqələr” ixtisaslaşması üzrə kadr hazırlığına başlanılacaq.

    “İctimaiyyətlə əlaqələr” ixtisaslaşmasında təhsil alacaq magistrantlar kommunikasiya nəzəriyyələri, reputasiya idarəçiliyi, strateji planlaşdırma kimi sahələrdə biliklərə yiyələnəcək. Bununla yanaşı, ixtisas kritik və analitik düşüncəni – ictimai rəyin təhlili, media monitorinqi və auditoriya davranışlarını qiymətləndirməyi, ictimaiyyətlə əlaqələrin fəaliyyətində etik normalar və müvafiq qanunvericiliyi - məlumatların açıqlanması, gizliliyin qorunması və s. aşılayacaq. Proqram strateji kommunikasiya planlarının hazırlanmasını, şirkət və ya təşkilat üçün effektiv ictimaiyyətlə əlaqələr strategiyalarının qurulması və həyata keçirilməsini, brend və imicin idarəedilməsini, böhran vəziyyətlərində düzgün kommunikasiya strategiyalarını, media ilə effektiv əməkdaşlıq səriştəsini, press-reliz hazırlamaq, mətbuat konfransı təşkil etmək və digər PR vasitələrindən istifadə bacarıqlarını, sosial media menecmenti, onlayn reputasiya idarəçiliyi, SEO və analitika alətlərindən istifadəni, daxili və xarici auditoriyalarla ünsiyyət qurmaq bacarıqlarını öyrətməyi nəzərdə tutur.

    Bu ixtisaslaşmanın məzunları dövlət qurumlarında, özəl şirkətlərdə, beynəlxalq təşkilatlarda, qeyri-hökumət təşkilatlarında, ali təhsil müəssisələrində, media qurumlarında, reklam və kommunikasiya agentliklərində, korporativ kommunikasiya və marketinq departamentlərində, eləcə də konsaltinq şirkətlərində ictimaiyyətlə əlaqələr, korporativ kommunikasiya, media əlaqələri, reputasiya və brend idarəçiliyi, daxili kommunikasiya, rəqəmsal kommunikasiya, sosial media menecmenti, mətbuat xidməti və kommunikasiya strategiyasının hazırlanması istiqamətlərində fəaliyyət göstərəcəklər. Onlar həmçinin müstəqil PR məsləhətçisi və kommunikasiya eksperti kimi müxtəlif layihələrin planlaşdırılması, icrası və qiymətləndirilməsi sahəsində peşəkar karyera qura bilərlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR