2026–2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanlarının keçiriləcəyi tarixlər açıqlanıb.
Bildirilib ki, namizədlər bu gün ərzində şəxsi kabinetlərinə daxil olaraq imtahanın keçiriləcəyi tarix, saat və məkan barədə məlumat əldə edə biləcəklər.
Qeyd edək ki, MİQ üzrə test imtahanları 14–18 iyul tarixlərində ölkənin 19 şəhərində fəaliyyət göstərən 38 imtahan mərkəzində təşkil olunacaq.
Müsabiqədə iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.