AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Sədaqətin Sükutu" layihəsi Zaqatalada davam edir

  • + A
  • - A
  • Bu gün, 10:19

    "Sədaqətin Sükutu" layihəsi Zaqatalada davam edir

    "Əsgər Ailəsi Cəmiyyəti" Vətənpərvərliyin Təbliği İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən "Sədaqətin Sükutu" adlı layihə Zaqatala rayonunda uğurla davam etdirilir. Layihə çərçivəsində şəhid ailələrinin həyat hekayələri gənc nəslə çatdırılır, vətənpərvərlik və milli dəyərlər təbliğ olunur.

    Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşan bu layihədə Zaqatala rayonu, Qımır kəndi şəhidi Turan Məhərrəmov və onun nişanlısı Sayıb Məhərrəmovanın kövrək və ibrətamiz həyat hekayəsindən bəhs edilir.

    M.Sayıbın şəhidinə olan sonsuz sevgisi və sədaqəti diqqəti xüsusilə cəlb edir. Belə ki, o, ömür kitabını bağlayıb qaynatasının evində yaşamaq qərarına gəlib. Bu addım onun nə qədər sevən və sadiq bir ürəyə malik olduğunu göstərir, eyni zamanda milli-mənəvi dəyərlərə bağlı Azərbaycan qadınının ən yüksək əxlaqi keyfiyyətlərə sahib olduğunu bir daha sübut edir.

    "Əsgər Ailəsi Cəmiyyəti" VTİB-nin "Sədaqətin Sükutu" adlı növbəti tədbiri təsirli bir atmosferdə Şəhid Turan Məhərrəmovun məzarı başında keçirilib. Tədbirdə şəhidin ailəsi, yaxınları, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

    Tədbirdə Zaqatala Rayon İcra Nümayəndəliyinin əməkdaşları, rayon məktəb kollektivi və şagirdlər iştirak edərək kompozisiya və şeirlər səsləndiriblər. Şəhidin atası Tərlan Məhərrəmov, anası Enisət Məhərrəmova, habelə Təşkilat və layihə rəhbəri Roza Əliqızı çıxış edərək bu iki sevgilinin həyat hekayəsinin gənc nəslə örnək olduğunu vurğulayıblar.

    Şəhidin atası Tərlan müəllim çıxışında bildirib ki, o, gəlinindən çox razıdır. Onun sözlərinə görə, sanki həyat onun oğlunu alıb əvəzində ona ağıllı və sədaqətli bir qız nəsib edib, o, oğlunun ruhunun bundan dolayı şad olduğuna inanır.

    Tədbirin sonunda gənc və yeniyetmələr "Sədaqətin Sükutu" sözləri yazılmış köynəklər geyinərək, əllərində Azərbaycan bayraqları ilə məzar önündə toplanıblar və şəhid Turan Məhərrəmova və onun sədaqətli nişanlısı Sayıb Məhərrəmovaya həsr etdikləri şeirləri hərarətlə səsləndiriblər. Tədbir iştirakçılarında dərin təsir və qürur hissi yaradıb.

    Fotolar






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR