AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrail parlamentində qondarma "erməni soyqırımı" ilə bağlı səsvermə dayandırılıb

  • + A
  • - A
  • Dünən, 20:30

    İsrail parlamentində qondarma "erməni soyqırımı" ilə bağlı səsvermə dayandırılıb

    İsrail Knesseti (parlament) qondarma "erməni soyqırımı"nın tanınması məsələsi üzrə səsverməni dayandırıb.

    Bu barədə JNS israilli məmura istinadən məlumat yayıb.

    Bildirilib ki, Knesset bu həftənin sonunda yay tətilinə çıxacaq və fəaliyyətini oktyabrın 27-nə təyin edilmiş milli seçkilərdən sonra bərpa edəcək.

    Ötən ay İsrail hökuməti Osmanlı imperiyasında 1915-ci il hadisələrini "soyqırımı" kimi qiymətləndirmək təklifini təsdiqləyib. Azərbaycan XİN isə ciddi narahatlığını ifadə edib və İsraili bu qərara yenidən baxmağa çağırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR