Bu il ermənilərin azərbaycanlılara qarşı törətdiyi mart faciəsindən 105 il ötür.
AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı erməni cinayətləri haqqında..
- Bir əsrdən çoxdur ki, ermənilər yalançı soyqırımının tanınması məqsədilə dünya dövlətlərindən dəstək almağa çalışırlar. Uydurma "erməni soyqırımı" haqqında nə deyə bilərsiniz?
- Xüsusilə qeyd etmək lazımdır ki, tarixdə 1918-ci ilə qədər "dövləti" olmayan haylar (ermənilər) Çar Rusiyasının, regional və beynəlxalq güclərin hərtərəfli dəstəyi ilə tarixi Azərbaycan torpaqlarında Ermənistan Respiblikasını yaratdılar. Böyük dövlətlər zamanla Osmanlı imperiyasına və Türkiyə Respublikasına, Azərbaycan Xalq Cümhuriyyətinə və Azərbaycan Respublikasına qarşı "erməni kartı" və "erməni amili"ndan məharətlə istifadə ediblər. Tarixi faktlar, mənbələr, sənədlər sübut edir ki, ermənilərin Cənubi Qafqazda, o cümlədən də tarixi Azərbaycan ərazilərində məskunlaşdırılması Rusiyanın hazırladığı strateji plana uyğun olaraq XIX əsrin əvvəllərindən başlanıb. Hələ I Pyotrun dövründə ermənilərin Cənubi Qafqaza köçürülməsi haqqında plan hazırlansa da, o vaxt bunu tam reallaşdırmaq mümkün olmayıb. Bu planın reallaşdırılması üçün əlverişli şərait XIX əsrin əvvəllərində meydana gəlib.
"Dənizdən dənizə Böyük Ermənistan" və ya "Qara dənizdən Xəzər dənizinə kimi Böyük Ermənistan" yaradılması kimi əsassız iddiaları mifik dövləti yaratmaq məqsədi ilə, ilk növbədə, türk və müsəlman xalqlarının məhvinə yönəldilən "ermənilik" ideyasını yayan hələ XIX əsrin axırlarında yaradılmış "Daşnaksutyun" partiyası olub. Bu ideyanın gerçəkləşdirilməsində ermənilər dünyanın hər yerində kütləvi qırğınlar, qətliamlar, terror aktları, soyqırımı, etnik təmizləmə, soyğunçuluqlar, qarətlər və s. həyata keçiriblər.
Tarixi fakta görə, I Dünya müharibəsində Antanta ölkələrinə (İngiltərə, Fransa və Rusiyaya) qarşı müharibə aparan Almaniyanın müttəfiqi rolunda çıxış edən Osmanlı Türkiyəsi ərazisinin də döyüş meydanına çevrildiyi və 1915-ci ildə rus ordusunun onun ərazisinə soxulduğu tarixi bir məqamda rəsmi olaraq Osmanlı təbəəsi sayılan və cibində bu barədə kimlik sənədi daşıyan ermənilər "din qardaşları" hesab etdikləri Çar Rusiyası qoşunlarının tərəfinə keçərək onun silahı ilə öz vətəndaşlarına güllə ataraq kütləvi qırğınlar törətməyə başlayıblar. Sözsüz ki, belə hallarda hər bir dövlət öz ərazi bütövlüyünü, əhalisini qorumaq üçün təbii olaraq qanunauyğun addımlar atmalıdır və Osmanlı Türkiyəsi hökuməti də bu mövqedən çıxış edərək, 24 aprel 1915-ci il tarixində ölkədəki erməni komitə və partiyalarının fəaliyyətini rəsmi olaraq dayandırdı. İstanbulda 2345 nəfər erməni ekstremisti həbs edildi. Ermənilər isə türklərin qəbul etdikləri inzibati xarakterli bu müdafiə tədbirləri gününü "soyqırım günü" kimi elan ediblər. Erməni əsilli Osmanlı vətəndaşlarının həbsləri əslində tam qanun çərçivsində həyata keçirildi. Heç bir soyqırım xarakteri daşımadı. Müharibə şəraitində öz vətəndaşına silah çevirmək birmənalı olaraq vətənə xəyanətdir. Qanuna müvafiq olaraq onlar ən ağır cəzaya məhkumdurlar. Bununla bərabər, Osmanlı dövləti ölkə ərazisində yaşayan 1229007 nəfər erməni əhalisindən ekstremist yönümlü 700 min nəfərinin ölkədən deportasiya edilməsi barədə qərar qəbul etdi. Sözsüz ki, yüzlərlə insanın köçürülməsi ağır, mürəkkəb və genişmiqyaslı bir tədbir idi. Müharibə şəraitində köçürmənin təşkilində qarşıya çıxan çətinliklər, aclıq, soyuq və xəstəliklər bir sıra insanların təbii ölümünə səbəb oldu. Bu soyqırım yox, vətəni müdafiə aktı idi.
Təəssüf ki, bir sıra dünya dövlətləri öz maraqları üçün uydurma "erməni soyqırımı"nı tanıyıblar. Belə ki, İsveç parlamenti 12 mart 2010-cu ildə səsvermə ilə 1915-ci hadisələrini "soyqırımı", Uruqvay 1965, 2004, 2005-ci illər olmaq üzrə üç dəfə qondarma erməni soyqırımı iddialarını,Yunan Kipri 1982-ci ildə "soyqırımı" iddialarını, ABŞ-ın 41 ştatında əsassız "erməni soyqırımı", Argentina 1985-ci ildə "erməni soyqırımı"nı tanıma qanunu qəbulu, Rusiya 1995-ci və 2005-ci ildə "soyqırımı" qəbulu, Kanada 1996, 2000 və 2004-cü illərdə qondarma sənəd gündəmə çıxarılaraq qəbul edilməsi, Yunanıstan 1996-cı ildə "soyqırımı", Livan hökuməti Livanda yaşayan erməni lobbisinin gərgin səyləri nəticəsində 1997 və 2000-ci ildə "soyqırımı" , Belçika 1998-ci ildə qondarma erməni soyqırımı, İtaliya 2000-ci ildə ermənilərin "soyqırımı"na uğradığını, Vatikan 2000-ci ildə əsassız iddianı, Fransa 1998-ci ildə "erməni soyqırımı" ( Fransada sözdə erməni soyqırımını rədd etmək cinayət sayılır), İsveçrə "soyqırımı" iddialarını 2003-cü ildə, Slovakiya 2004-cü ildə "erməni soyqırımı", Hollandiya 2004-cü ildə erməni iddiaları, Polşa, Almaniya Venesuela, Litva 2005-ci ildə, Çili 2007-ci ildə qəbul edərək tanyıblar. O cümlədən bir sıra təşkilatlar da- BMT-nin Ayrı-seçkiliyin Önlənməsi və Azlıqların Qorunması Alt Komissiyası, Avropa Şurası, Avropa Parlamenti, Dünya Kilsələr Şurası, İnsan Haqları Dərnəyi, YMCA Avropa Birliyi, "Permanent Peoples" Tribunal da erməni "soyqrımını" qəbul edən təşkilatlardır. Uydurma "erməni soyqırımı" tanıyan ölkələr və təşkilatlara nəzər yetirdikdə öz maraqları, Türkiyəyə və Azərbaycana qarşı ərazi iddiaları, tarixi torpaqlarımızın işğal edilməsi, "xristian" və "erməni məsələsi" adı altında çirkin siyasət aparmaları məlum olur.
Bütün bunlar bir daha sübut edir ki, xarici dövlətlər və ermənilər əsassız, yalan və böhtan olan faktlları dünyada təbliğ etməklə öz mənaeflərinə uyğun siyasət yürüdürlər.
-Ermənilərə dəstək çıxan, "soyqırım" abidəsi ucaldan ölkələrin prinsipləri haqqında nə deyə bilərik? Həqiqətən bu ölkələrdə erməni diasporası böyük rol oynayırmı?
-Bildiyiniz kimi, Fransanın Marsel, Leon, Jardendə şəhərində, ABŞ-ın bir neçə ştatında ermənilərə dəstək çıxan, "soyqırım" abidələri var. Belçika, ABŞ, Kanada, Suriya, Argentina, Uruqvay, İran, İrlandiya və s. ölkələrdə qondarma "erməni soyqırımına" abidələr qoyulub. Əlbəttə, bu məsələdə erməni diasprası və Ermənistan dövlətinin apardığı siyasətin böyük rolu vardır. Abidələri qoyulmaqla həm erməni diaporası, həm də ölkələr bundan öz maraq və mənafeləri, Türkiyə və Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edirlər.
-Mart soyqırımının əsasında hansı ideologiya dayanırdı?
-Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da 690 nömrəli "Azərbaycanlıların soyqırımı" haqqında verdiyi fərmanının, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 18 yanvar tarixli 3587 nömrəli "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" sərəncamının ermənilərin cinayətkar və terror əməllərinin araşdırlması, o cümlədən beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə çatdırılması baxımından çox böyük tarixi, siyasi və hüquqi rol oynayıb. 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən Quba soyqırımı məzarlığı aşkar edilib. 2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə "Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı" təsdiq edilib. 2013-cü il sentyabrın 18-də Quba Soyqırımı Memorial Kompleksinin açılışı olub. Kütləvi məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb.
-Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində 31 Mart azərbaycanlıların soyqırımı məsələsi necə yer alıb?
-Əvvəla qeyd edim ki, 1918-ci il avqust ayının 31-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin sədri Fətəli xan Xoyskinin Gəncə şəhərində imzaladığı qərara əsasən, 7 nəfərdən ibarət Fövqəladə Təhqiqat Komissiyası (FTK) yaradılıb. FTK əvvəlcə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin xarici işlər, sonra isə ədliyyə nazirlikləri yanında 1918-ci il iyulun 15-dən 1920-ci ilin aprelinə qədər rəsmi təhqiqat orqanı kimi fəaliyyət göstərib. Əsas məqsəd erməni daşnakların azərbaycanlıların həyatına və onların əmlakına qarşı törətdikləri cinayətləri təhqiq etmək olub.
FTK-nin sədri Ələkbər bəy Xasməmmədovun tapşırığı əsasında, komissiyasının üzvü Mirzə Cavad Axundzadə fotoqraf Litvinovun köməyi ilə Bakıda ermənilər tərəfindən dağıdılan və yandırılan binaların şəklini çəkib. Bakıda azərbaycanlıların soyqırımı zamanı təxmini hesablamalara görə, 15-20 min azərbaycanlı qətlə yetirilib. Şamaxıda törədilən soyqırımla bağlı FTK tərəfindən hazırlanmış 23 qərar layihəsi və 72 cild, 952 vərəqdən ibarət təhqiqat materiallarında erməni silahlı dəstələri tərəfindən Şamaxı şəhəri və Şamaxı qəzası üzrə törətdikləri vəhşiliklər haqqında ətraflı məlumat verilib. 1918-ci il noyabr ayının 22-də Fövqəladə Təhqiqat Komissiyasının (FTK) sədri Ə.Xasməmmədovun Azərbaycan Cümhuriyyəti Ədliyyə Nazirinə Şamaxı şəhəri və Şamaxı qəzasının Azərbaycan kəndlərinin talan edilməsi və müsəlman əhalisi üzərində ermənilərin zorakılıqları haqqında məruzə edib. 1919-cu il aprel ayının 3-də Azərbaycan Cümhuriyyəti Daxili İşlər Nazirliyi Şamaxı qəzasının rəisinin FTK-ya həmin qəzanın 3 polis sahəsi üzrə (Qəbristan, Mədrəsə və Kaşun) üzrə ermənilər tərəfindən dağıdılan kəndlərinin siyahısı verilib. FTK materiallarına əsasən azərbaycanlılara qarşı soyqırımı keçirən erməni quldurları Şamaxıda 8 minədək dinc sakini vəhşicəsinə qətlə yetiriblər. Quba və ətraf yerlərdə Azərbaycan əhalisi üzərində ermənilərin törətdikləri vəhşilikləri araşdırmaq üçün Fövqəladə Təhqiqat Komissiyasının 1918-ci il dekabrın 12-də fəaliyyətə başlayıb və 1920-ci il aprelin 20-də başa çatıb. Araşdırma zamanı erməni cinayətkarlığını üzə çıxaran 1 qərar layihəsinin hazırlanması, 3 cilddən ibarət 451 vərəq tərtib olunub. FTK-nın üzvü A.Novatskinin "Quba şəhəri və Quba qəzasının kəndlərinin dağıdılması və qeyd olunan şəhər və kəndlərin əhalisinə qarşı edilən zorakılıqlar haqqında məruzəsi" edib, FTK-nın şahid ifadələrində mayın 1-də Qubaya daxil olan Hamazaspın erməni silahlı dəstələrinin törətdikləri qətliamlar və özbaşınalıqlar haqda məlumatlar verilib. Bundan başqa Quba hadisələrində bolşeviklər tərəfindən iştirakçı olan yəhudi Savi İlyansevin, 1918-ci il qırmızı qvardiyaçı olmuş Q.Nağıyevin, 1918-ci il bolşevik drujinaçısı olmuş Arustamovun xatirələri, Quba şəhər rəisi Ə.Əlibəyovun məlumatı, Qubanın nüfuzlu şəxslərindən olan Hacı İsmayıl Orucovun ifadəsində erməni vəhşilikləri haqda məlumatlar öz əksini tapıb. Şaumyanın tapşırığı ilə Qubaya birinci olaraq David Gelovaninin başçılığı altında 187 nəfərlik silahlı dəstə, 1918-ci il mayın 1-də Bakı Xalq Komissarları Soveti Qubaya daşnak Hamazaspın və onun köməkçisi Nikolayın komandanlığı altında, tərkibi ermənilərdən ibarət dəstə göndərilib. 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib.
Şərqi Anadoludakı erməni vəhşikilərinə baxdıqda, o dövrün mənbələri göstərir ki, 1914-1915-ci illərdə Qars vilayətinin Ərdahan dairəsində 110, Qağızman dairəsində 75, Qars dairəsində 130, Oltu dərəsində 90 kənd tamamilə dağıdılıb və əhalisi soyqırıma məruz qalıb. Ümumiyyətlə, Qars vilayətində təkcə 1914- 1915-ci illərdə 405 kənddə ermənilər türklərə qarşı soyqırım törədiblər. Bununla bağlı 1920-ci il martın 6-da tərtib olunan sənəd XV Nizami Ordu Komandanlığına göndərilib. Türkiyə Baş nazirliyini Osmanlı arxivində olan məlumata əsasən, 1920-ci il 30 iyun tarixli sənədin şahid və nümayəndələrin imzası ilə ingilis nümayəndəsinə göndərilib. Bu sənəddə Qaraurqan, Ərzurum, Qars, Bəyazit, Sarıqamış, Naxçıvan və Araz ətrafında ermənilər tərəfindən tödərilən qətliamlar və vəhşiliklər haqda məlumatlar verilib. Ermənilər və onları dəstəkləyən qüvvələr tərəfindən 1920-ci ilin avqustunda Qars-Gümrü yolu üzərində olan Şabanlar və Avnil, Uluxanlı yaxınlığında Çeçal kəndlərində soyqırım və vəhşiliklər törədilib.
İrəvan bölgəsində ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımlar Türkiyənin Baş Nazirliyinin Osmanlı arxivində 03 iyul 1919-cu il tarixli "Ermənilərin Sevan (Göyçə) əhalisinə rəva gördükləri mezalimlerin icra edildiyi məntəqələrin təsviri" adlanan xəritədə məlumat verilib. 1919-cu ilin iyulunda tərtib olunan bir sənəddə Araz çayı boyunca soyqırımların həyat keçirildiyi ərazilərin təsviri başqa bir xəritədə göstərilib.
FTK-nın üzvü N.Mixaylov 1918-ci il ərzində Zəngəzur qəzasında törədilən vəhşiliklərin təhqiqatı əsasında məruzə hazırlayıb. Zəngəzur bölgəsində azərbaycanlılara qarşı kütləvi zorakılıqlar 1917-ci ilin sonu - 1918-ci ildə həyata keçirilib . Zəngəzur bölgəsində erməni təcavüzünün genişlənməsi və onun nəticələri 1919-cu il - 1920-ci illərin əvvəllərini əhatə edib. Azərbaycan hökumətinin 29 yanvar 1919-cu il tarixli qərarına əsasən Zəngəzur, Şuşa, Cavanşir, Cəbrayıl qəzaları hüdudlarında müvəqqəti general-qubernatorluğun təsis edilib və nüfuzlu dövlət xadimi Xosrov bəy Sultanovun general-qubernator təyin edilib. Bundan başqa Azərbaycan hökumətinin həyata keçirdiyi diplomatik-siyasi, hərbi tədbirlər, müttəfiq qoşunların komandanlığı ilə apardığı danışıqlar nəticəsində Andranikin bölgəni tərk edib. Qarabağ, Zəngəzur, Naxçıvan bölgələrində yaranan mürəkkəb hərbi-siyasi vəziyyətin Azərbaycanın yenicə formalaşan Parlamentinin 10 dekabr 1918-ci il tarixli iclasında və Parlamentin 16 yanvar 1919-cu il tarixli iclasında Zəngəzurda erməni vəhşilikləri nəticəsində oradan didərgin düşmüş soydaşlarımızın ağır vəziyyəti haqda müzakirələr olub. Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilib, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülüb. Bütövlükdə Zəngəzur qəzası üzrə 10068 azərbaycanlı öldürülüb və ya şikəst edilib, 50000 azərbaycanlı isə qaçqın düşüb.
Erməni və aysorların 1918-ci ildə Cənubi Azərbaycanın qərb bölgəsində azərbaycanlıların soyqırımına məruz qoymasının ağır nəticələri olub. Cənubi Azərbaycanın təkcə Urmiya, Xoy və Salmas şəhərlərində ermənilər tərəfindən soyqırımı edilənlərin sayı 160-200 min nəfər arasında olub. Əslində bu rəqəm göstəriləndən qat-qat çoxdur. Rza şah, sonra isə onun oğlu Cənubi Azərbaycandakı müsəlman-türklərin soyqırımı haqda yazmağı və təhqiqat aparmağı qadağan etdiyindən 1918-ci ildəki müsəlman qətliamında öldürülənlərin sayı indiyə qədər dəqiq bilinməyib. Təbrizdə çıxan "Dilmanc" jurnalı isə 1918-ci ilin sözügedən soyqırımında ölənlərin sayını 100 min nəfər, Əhməd Kəsrəvi "Azərbaycanın 18 illik tarixi" kitabında 130 min nəfər, Camal Ayrumlunun Urmiyada çıxan "Nəvide Azərbaycan" qəzetindəki məqaləsində 150 min nəfər, Həsən Səfəri "Cənubi Azərbaycan: 1918-ci il soyqırımı" adlı əsərində 200 min nəfər yaxın olduğu göstərilir.
Azərbaycanın digər regionları kimi Lənkəran da 1918-ci ilin mart-aprel hadisələri zamanı erməni daşnaklarının təcavüzünə məruz qalan bölgələrdən olub. Həmin dövrdə Lənkəran şəhərində, rayonun Mamusta, Yuxarı Nüvədi, Vilvan, Veravul, Girdəni, Cil, Osaküçə, Darquba, Gərmətük, Sütəmurdov və digər kəndlərində kütləvi qətliamlar törədilib. Ümumilikdə, Lənkəran və ətraf rayonlarda 40-dək yaşayış məntəqəsi yandırılmaqla yerlə-yeksan edilib, 2000-dən çox dinc sakin qətlə yetirilib.
Erməni-daşnak quldur dəstələri 1918-ci ilin iyununda Bakıdan 2 zirehli, 4 nəqliyyat gəmisi ilə Xəzər dənizi vasitəsilə Kür sahilinin mənsəbinə gəlib çatmışdılar. Arxiv materialları və sənədlərdə gəmələrin adları "Krasnovodsk", "Yelets", "İraq", "Bakinets", "Salyanets", "Demosfen" kimi göstərilir. Gəmilər Kür çayına keçmiş və erməni-daşnak silahlı birləşmələri çayın ətrafında olan kəndləri qarət etmiş, əhalinin mal-mülkünə ziyan vurmuş, insanlara vəhşicəsinə qətliam etmişdilər. Erməni-daşnak silahlı birləşmələri və quldur dəstələri Neftçalanın Bankə, Xıllı, Seyidlər, Uzunbabalı, Tatarməhlə, Abasallı, Qaralı, Qəzvinli, Qarabucaq, Surra, Ərəbbəbirxanlı, Cəngan, Kürqaraqaşlı kəndlərindən hücumlar edərək, qarət, soyğunçuluq, vəhşicəsinə qətllər törədib. Soyqrımla bağlı Azərbaycan qəzetinin 1918-ci il 3 noyabr tarixli nömrəsində dərc edilmiş "Maraqlı sənəd" adlı məqalədə, Nəsir Yücəərin "Birinci Dünya müharibəsində Osmanlı ordusunun Azərbaycan və Dağıstan əməliyyatı" kitabında, 5-ci Qafqaz piyada firqəsi ərkanı hərb rəisi Rüşdü Kazım Türkər "Böyük hərbdə Bakı yollarında" əsərində məlumat verilib.
Bundan başqa Əlimərdan bəy Topçubaşov Fövqəladə Təhqiqat Komissiyasının hazırladığı materialları və fotoşəkilləri Paris Sülh Konfransına təqdim edib. .
-1918-ci il 31 mart soyqırımını öncədən görmək mümkün idimi?
-Qedy edək ki, 1905-1906-cı illərdə Cənubu Qafqazda törədilən qırğınları mahiyyət etibarilə ermənilərin XX əsrdə azərbaycanlılara qarşı mərhələlərlə həyata keçirdikləri etnik təmizləmə siyasətinin tərkib hissəsidir. Böyük dövlətlərin hərtərəfli dəstəyi ilə Erməni silahlı dəstələrinin Cənubi Qafqazda törətdikləri qarətlər, soyğunçuluq, kütləvi qırğınlar, terror aktları və qətliamlar barədə o dövrün yerli və xarici mətbuatında, ayrı-ayrı müəlliflərin əsərlərində, xatirlərində tarixi faktlar mövcuddur. Tədqiqatlardan, arxiv materiallarıandan, o dövrki mətbuatdan, yerili və xarici müəllifilərin əsərlərindən məlum olur ki, ermənilər 1905-1906-cı illərdə Cənubi Qafqazın 14 qəzasında (İrəvan, Naxçıvan, Şərur-Dərələyəz, Eçmiədzin, Aleksandropol, Sürməli, Şuşa, Cavanşir, Cəbrayıl, Zəngəzur, Gəncə, Qazax, Ərəş, Borçalı) və 8 şəhərində (Bakı, İrəvan, Naxçıvan, Gümrü, Şuşa, Gəncə, Qazax, Tiflis) etnik təmizləmə və kütləvi qətliamlar törədib. 1905-1906-cı illər soyqırımları zamanı Cənubi Qafqazda 286 kənd viran edilib, 8 şəhər dağıntılara məruz qalıb. Soyqrımlar zamanı kənd və şəhərlərin təqribən 200-ü azərbaycanlı yaşayış məntəqələri dağıdılmış və xarabalığa çevrilmiş, 15 mindən artıq ailə (təqribən 100 min nəfər) ev-eşiyindən didərgin düşmüş, 10 min nəfərdən artıq insan tələfatı olmuşdur. 1905-1906-cı illərdə baş vermiş faciələrin bilavasitə şahidi olmuş müəlliflərin əsərləri, həmin dövr tarixşünaslığı, Məmməd Səid Ordubadinin "Qanlı illər" (1905-1906-cı illərdə Qafqazda baş vermiş erməni -müsəlman davasının tarixi) və Mir Möhsün Nəvvabın "1905-1906-cı illərdə erməni-müsəlman davası" əsərləri həmin qanlı hadisələrə istər tarixi və elmi həqiqətlər baxımından, istərsə də faktiki materialların zənginliyi baxımından əhəmiyyətlidir. Bundan başqa çar Rusiyası dövrünün arxiv sənədləri, Azərbaycan Respublikası Tarix Arxivinin fondlarında saxlanılan sənədlər, Azərbaycan və xarici müəlliflərin Azərbaycan, rus, erməni və ingilis dilində faktiki materiallar əsasında yazdıqları əsərlər və dövri mətbuatda 1905-1906-cı illərdə baş vermiş faciələr haqqında məlumat öz əksini tapmışdır.
Bütün bu faktlardan aydın olur ki, məqsəd azərbaycanlıları soyqırıma məruz qoymaqla türk-müsəlmansız region yaratmaqdır.
-Ermənilərin bizə qarşı törətdikləri soyqrım haqqında ümumi danışaq
-Fikirmcə, həm yerli, həm də dünya ictimaiyyətinə azərbaycanlıların soyqırımının baş verdiyi tarixi şəraiti, türk-müsəlman əhaliyə qarşı törədilən soyqırımın səbəblərini, mahiyyətini, nəticəsini, erməni-daşnak, bolşevik və xarici qüvvələrinin məqsədlərini; erməni təcavüzkarlarının çirkin niyyətlərinin həyata keçirilməsinə havadarlıq edən regional və beynəlxalq qüvvələrin məqsədlərini, müstəqil Azərbaycan Respublikasının azərbaycanlıların soyqırımı ilə bağlı həyata keçirdiyi tədbirlərin mahiyyətini və əhəmiyyətini, beynəxalq aləmə Azərbaycanlıların soyqırımı ilə bağlı tarix faktları izah etməyi, azərbaycanlıların soyqırımına aid həm Azərbaycan, həm də xarici dilli mənbəşünaslığa, tarixşünaslığa, arxiv materiallarına, elmi ədəbiyyata, dövrü mətbuata, fotolara, Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyasının materiallarını, eləcə də tarixi sənədlərdən çıxış edərək azərbaycanlıların soyqırımını bəşəriyyyətə qarşı cinayət faktı kimi əsaslandırmağı, Bakı, Quba, Şamaxı, Şərqi Anadolu, Naxçıxan, Zəngəzur, İrəvan, Salyan, Neftçala, Lənkəran, Cənubi Azərbaycanın Xoy, Salmas, Urmiya bölgələrinin şəhər, qəsəbə, kəndlərində və digər bölgələrdə baş vermiş soyqırım haqqında tarixi həqiqətləri ətraflı şəkildə çatdırılması sön dərəcə mühüm və əhəmiyyətlidir. Xüsusilə də xarici KİV-lərdə, elmi jurnallarda həm azərbaycanlı, həm də xarici müəlliflər məqalələr, kitablar yazmalı, xaric ölkələrin institut, tədqiqat, araşdırma mərkəzlərində, QHT-lərində müştərək tədbir, senimar, konfranslar keçirilməlidir. Xarici ölkələrdə azərbaycanlıların soyqırmını araşdıran mütəxəssislərə, tədqiqatçılara dəstək verilməli, onları mövzu ilə əlaqəlli Azərbaycanda keçirilən konfranslara mütəmadi olaraq dəvət edilməsi məqsədəuyğun olardı.