AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Valideynlər üçün məişət zorakılığı və insan alverinə qarşı maarifləndirmə sessiyası keçirilib

  • + A
  • - A
  • Bu gün, 13:31

    Valideynlər üçün məişət zorakılığı və insan alverinə qarşı maarifləndirmə sessiyası keçirilib

    “Təmas” Regional İnkişaf İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Qadın və Uşaq Sığınacağında valideynlər üçün maarifləndirmə sessiyası keçirilib.

    Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, sessiya “Təmas” Regional İnkişaf İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qərb bölgəsində insan alveri və məişət zorakılığına qarşı mübarizədə yeni yanaşmalar” layihəsi çərçivəsində təşkil olunub.

    “Səssiz qalma: Dəstək və müdafiə mexanizmləri” mövzusuna həsr olunan sessiyada valideynlərə məişət zorakılığı və insan alveri riskləri, bu halların erkən əlamətləri, hüquqi müdafiə mexanizmləri, dövlət tərəfindən göstərilən sosial xidmətlər, eləcə də aidiyyəti qurumlara müraciət qaydaları barədə ətraflı məlumat verilib.

    Sessiya zamanı uşaqların təhlükəsiz ailə mühitində böyüməsinin, sağlam ailədaxili münasibətlərin formalaşdırılmasının və valideyn məsuliyyətinin gücləndirilməsinin əhəmiyyəti də müzakirə olunub.

    “Təmas” Regional İnkişaf İctimai Birliyinin sədri Kübra Ələkbərova bildirib ki, uşaqların rifahının və təhlükəsizliyinin təmin edilməsi üçün yalnız uşaqlarla deyil, valideynlərlə də sistemli və davamlı iş aparılması vacibdir.

    Sessiyanın sonunda iştirakçıların sualları cavablandırılıb, onların mövzu ilə bağlı fikir və təklifləri dinlənilib.

    Qeyd edək ki, “Təmas” Regional İnkişaf İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Qadın və Uşaq Sığınacağı məişət zorakılığına, insan alverinə və digər çətin həyat şəraitinə məruz qalmış qadın və uşaqlara təhlükəsiz sığınacaq, sosial, psixoloji və hüquqi dəstək, habelə cəmiyyətə reinteqrasiya xidmətləri göstərir.

    Təşkilat həyata keçirdiyi müxtəlif layihələr vasitəsilə həssas ailələrin müdafiəsinin gücləndirilməsi və onların sosial rifahının yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirir.

    Fotolar


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR