AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli mətbuatın inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən biridir

  • + A
  • - A
  • Bu gün, 18:06

    Milli mətbuatın inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən biridir


    Akademik İbrahin Cəfərov

    Azərbaycanda Milli Mətbuat Günü ərəfəsinfəyik. 151 illik şərəfli yol keçən Azərbaycan milli mətbuatı cəmiyyətin maariflənməsində, milli dəyərlərin qorunmasında və dövlətçilik ənənələrinin möhkəmləndirilməsində mühüm rol oynayıb.

    Müstəqil Azərbaycanın media tarixində ən önəmli hadisələrdən biri Ümummilli Lider Heydər Əliyevin 1998-ci il avqustun 6-da senzuranın tamamilə ləğv edilməsi barədə Fərman imzalaması oldu. Bu qərar ölkədə söz və mətbuat azadlığının inkişafına geniş imkanlar yaratdı və müasir media mühitinin formalaşmasına təkan verdi.

    Bu gün Prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir. Son illərdə media sahəsində həyata keçirilən islahatlar, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, informasiya təhlükəsizliyinin təmin olunması və peşəkar medianın inkişafına göstərilən dövlət dəstəyi bu sahəyə verilən önəmin bariz nümunəsidir.

    Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri və media nümayəndələrini təbrik edir, onlara peşə fəaliyyətlərində uğurlar, möhkəm cansağlığı və yeni yaradıcılıq nailiyyətləri arzulayırıq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR