
Bakı, 22 İyul - Azadmedia.az
Jurnalist Ülkər Piriyeva - FIJET (Beynəlxalq Jurnalistlər və Yazıçılar Federasiyası) üzrə Azərbaycan nümayəndəsi, 1453 Kral Medya Xəbər Agentliyinin Azərbaycan üzrə sədri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) təsis etdiyi “Beynəlxalq media vəsiqəsi” (İnternational Press Card) olmuş,
Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) üzvü olmuş, Globalbakış.com-un xəbər redaktoru və Avrasyabulteni.com-un təsisçisi olaraq, Azərbaycan Milli Mətbuat Günü və “Əkinçi” qəzetinin yaradılmasının 151-ci ildönümü münasibətilə bütün jurnalist həmkarlarını səmimi qəlbdən təbrik edir.
Ülkər Piriyeva bildirib ki, Həsən bəy Zərdabinin əsası qoyduğu milli mətbuat məktəbi bu gün də öz dəyərlərini qoruyaraq cəmiyyətin maariflənməsinə, milli düşüncənin formalaşmasına və dövlətçilik ənənələrinin möhkəmlənməsinə mühüm töhfələr verir. Onun sözlərinə görə, müasir informasiya məkanında jurnalistlərin üzərinə düşən məsuliyyət daha da artıb və peşəkarlıq, obyektivlik, operativlik, milli maraqlara sədaqət hər bir media nümayəndəsinin əsas fəaliyyət prinsipi olmalıdır.
Piriyeva vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan mətbuatının inkişafına daim xüsusi diqqət və qayğı göstərib, söz və mətbuat azadlığının möhkəmləndirilməsi, jurnalistlərin fəaliyyətinin dəstəklənməsi istiqamətində mühüm addımlar atıb. Bu siyasət bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə medianın inkişafı, jurnalistlərin sosial rifahının yaxşılaşdırılması, peşəkar fəaliyyət üçün yaradılan imkanlar və informasiya təhlükəsizliyinin gücləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib.
O qeyd edib ki, jurnalistika yalnız xəbəri çatdırmaq deyil, həm də həqiqəti araşdırmaq, cəmiyyətin düzgün məlumatlandırılmasına xidmət etmək və dövlətçilik maraqlarını beynəlxalq informasiya məkanında layiqincə təbliğ etmək kimi məsuliyyətli bir missiyadır. Bu missiyanı şərəflə yerinə yetirən hər bir jurnalist cəmiyyətin inkişafına və milli həmrəyliyin möhkəmlənməsinə öz töhfəsini verir.
Sonda Jurnalist/Politoloq Ülkər Piriyeva bütün media nümayəndələrinə möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları, peşə fəaliyyətində nailiyyətlər və hər zaman həqiqətin, obyektivliyin və milli maraqların keşiyində dayanmağı arzulayıb.
22 İyul – Azərbaycan Milli Mətbuat Günü və “Əkinçi” qəzetinin yaradılmasının 151-ci ildönümü münasibətilə bütün jurnalistlərimizi ürəkdən təbrik edir, şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayırıq!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.