Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə «Təmas» RİİB tərəfindən həyata keçirilən "Qərb bölgəsində insan alveri və məişət zorakılığına qarşı mübarizədə yeni yanaşmalar" layihəsi çərçivəsində Göygöl rayonu Texniki və Təbiət Fənləri Təmayüllü Liseydə "Kiberməkanın təhlükəsizlik qaydaları" mövzusunda maarifləndirmə seminarı keçirilib.
Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, eminarda şagirdlər kiberməkanın yaratdığı risklər, kiberzorakılıq, şəxsi məlumatların qorunması, sosial şəbəkələrdən təhlükəsiz istifadə qaydaları, kiberdələduzluqdan müdafiə üsulları və rəqəmsal mühitdə təhlükəsiz davranış prinsipləri barədə ətraflı məlumatlandırılıblar. Tədbir interaktiv müzakirələr şəraitində davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Layihə rəhbəri Südabə Məmmədova bildirib ki, uşaqların və gənclərin kibertəhlükələr barədə məlumatlandırılması onların rəqəmsal mühitdə təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması, kiberrisklərdən qorunması və məsuliyyətli internet istifadəçisi kimi yetişməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, layihə çərçivəsində keçirilən maarifləndirmə tədbirləri üsusən yeniyetmələrin təhlükəsiz rəqəmsal mühit haqqında biliklərinin artırılmasına və onların müxtəlif təhlükələrə qarşı daha hazırlıqlı olmasına xidmət edir.
Seminarın sonunda iştirakçılara gündəlik həyatda rast gəlinən kibertəhlükələrdən qorunmaq üçün praktik tövsiyələr verilib və təhlükəsiz internet istifadəsinə dair maarifləndirici materiallar təqdim olunub.
Fotolar
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.