AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Müştəridən "Kaddeh Bulvar" restoranına irad: "Hesaba yemədiyimiz yeməklər əlavə olunmuşdu"

  • + A
  • - A
  • Bu gün, 15:42

    Müştəridən "Kaddeh Bulvar" restoranına irad: "Hesaba yemədiyimiz yeməklər əlavə olunmuşdu"


    Jurnalist Könül Aypara "Kaddeh Bulvar" restoranında yaşadığı hadisə ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. O, restoranda hesabın düzgün tərtib edilmədiyini, təqdim olunan kassa çekində qanunvericiliyə uyğun məlumatların olmadığını və xidmət zamanı bir sıra xoşagəlməz hallarla qarşılaşdığını iddia edib.

    Könül Ayparanın sözlərinə görə, restoranda sifariş etdikləri məhsullarla hesabda göstərilənlər arasında uyğunsuzluq olub. O bildirib ki, sifariş etdikləri toyuq naqetsinin əvəzinə hesaba iki porsiya "naqets salatı" yazılıb. Etiraz etdikdə isə əməkdaşlar bunun doğru olduğunu iddia ediblər.

    Jurnalist hesabda "sınmış qab" adı ilə əlavə ödənişin də yer aldığını, halbuki heç bir qab sındırmadıqlarını bildirib. Bundan başqa, əvvəlcədən köçürdükləri beh məbləği və digər hesablamalarla bağlı da narazılığını ifadə edib.

    Paylaşımda restoranda yüksək musiqi səsi səbəbindən müştərilərin hesabı rahat şəkildə yoxlaya bilmədiyi də vurğulanır. Onun fikrincə, belə şəraitdə təqdim olunan hesabların diqqətlə yoxlanılması çətinləşir və bu, istehlakçı hüquqları baxımından suallar yaradır.

    Könül Aypara həmçinin iddia edib ki, ona təqdim olunan kassa çekində VÖEN göstərilməyib. O, bunun araşdırılmalı məsələ olduğunu qeyd edib.

    Jurnalistin sözlərinə görə, rəhbərlikdən dəvət olunan nümayəndə məsələni araşdırdıqdan sonra iradların haqlı olduğunu qəbul edib və artıq hesablanmış məbləğlərin hesabdan çıxarılması barədə göstəriş verib.

    Könül Aypara aidiyyəti dövlət qurumlarını məsələni araşdırmağa və istehlakçı hüquqlarının qorunması istiqamətində zəruri tədbirlər görməyə çağırıb.

    Qeyd: Yazıda yer alan iddia və ittihamlar jurnalist Könül Ayparanın sosial şəbəkədə paylaşdığı məlumatlara əsaslanır. Qarşı tərəfin mövqeyini dərc etməyə və yayımlamağa hazırıq.
    https://www.facebook.com/share/p/19M4biD585/


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR