AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məşhur biznesmenin ölümü ilə bağlı yeni xəbər

  • + A
  • - A
  • 22-01-2019, 10:12

    Məşhur biznesmenin ölümü ilə bağlı yeni xəbər















    Nigar Hacıyeva Qəhrəmanova: “Mən intervyu vermirəm, suallarınız var, prokurorluğa verin”

    “İrşad Telekom” MMC-nin rəhbəri, 40 yaşlı İrad Ağahüseyn oğlu Hacıyevin ölümünün qətl ola biləcəyi təəssüratını yaradan müşahidələr var. Son 18 il ərzində Azərbaycanda telekommunikasiya biznesi sahəsində böyük uğurlar əldə etmiş məşhur iş adamının həyatdan intiharla, qəfil ölümlə ayrılmadığı qənaətini həm də onun ailə üzvlərinin susqunluğu yaradır…

    Müammalı ölüm – müəmmalı hərəkətlilik

    Bir daha həmin günə – 14 sentyabr 2018-ci ilə qayıdaq. Ortada olan məlumatlardan belə aydın olur ki, həmin gün səhər İrad Hacıyev evdən çıxıb işlərinin dalınca getməyə hazırlaşıb. Gündəlik idman stilindən həmin gün imtina edən məşhur biznesmen klassik geyimdə evdən çıxmağa hazırlaşırmış. İrad Hacıyev kostyum geyinib evdən çıxıb, işgüzar görüşə gedəcəkmiş…

    Yoldaşı meyitini aşkarladı, araşdırma tələb etmədi?!

    Lakin İrad Hacıyev iş dalınca gedə bilməyib. Həmin gün onun meyitini mənzilindəki vanna otağında həyat yoldaşı Nigar Hacıyeva Qəhrəmanova aşkar edib. Aşkarlanarkən İrad Hacıyevin cansız bədəni vannanın içində olub. Mərhum kostyumda imiş. Yanında da həmin o preparatlar, hansıları ki, illərlə onun həyat yoldaşı qəbul edib, onların boş qutuları olub.

    Hadisə yerinə istintaqçılar gəlib və klassik intihar səhnəsinin şahidi olublar. Vannanın içində cansız bədən və boş dərman preparatlarının qutusu.

    Məhkəmə tibb eksperti də klassik səhnəyə uyğun rəy verib – diaqnozu elə intihar yazıb!

    Halbuki məhkəmə tibb eksperti “İrad Hacıyev intihar edib” şəkilində rəy verməsi artıq araşdırma mövzusu olmalıdır.

    Məşhur biznesmenin ölümü ilə bağlı yeni xəbər

    Çünki ekspert belə rəy verə bilməz. Ekspert ölümün səbəbi kimi dərman zəhərlənməsi, boğulma, əgər müşahidə olunubsa, boyun üzvlərinin ilgəklə sıxılması, odlu silahın təsirindən əmələ gələn yara nəticəsində kəskin qanitirmədən ürəyin dayanması və s. bu kimi diaqnozlar qoya, rəy verə bilərdi.

    Şübhəli intihar diaqnozu nəyə əsaslanır?

    Bəs necə olub ki, ekspert bunun əvəzində “intihar edib” şəkilində konkret rəy verib?

    Niyə hadisə yerinə gəlmiş istintaqçılar evdən əl-barmaq izləri götürməyiblər? Hansı ki, bunu zəruri edən məqamlar da ortada olub.

    Meyiti aşkarlanan şəxsin kimliyi, onun böyük biznesi öldürülə biləcəyi haqda ehtimallarını gücləndirir. Buna fikri verən olmayıb. Bəs belə bir hərəkətsizliyin səbəbi, kökündə dayanan amil hansıdır?

    İrad Hacıyevin müəmmalı ölümü ilə bağlı başlanmış cinayət işinin məhkəmə tibb ekspertinin rəyinə əsaslanaraq intihar etməsi qənaətinə gəlməsi də şübhəlidir.

    Nə baş verir? İrad Hacıyevin əmisi qızı Mətanət Əzizovanın iddia etdiyi kimi yaxınlarının versiyaları istintaq tərəfindən niyə araşdırılmayıb?

    İrad Hacıyevin meyitini mənzilindəki vanna otağında onun həyat yoldaşı aşkarlayıb. O, istintaqçılara deyib ki, İrad Hacıyev həmin gün işlərinin dalınca şəhərə çıxmağa hazırlaşıb. Həyat yoldaşı isə ondan əvvəl mənzili tərk edib və geri dönüb. Geri qayıdanda meyiti aşkarlayıb və bu haqda xəstəxanaya, polisə məlumat verilib.

    Belə iddialar da var ki, İrad Hacıyev ölümündən az əvvəl həyat yoldaşı ilə boşanması üçün konkret olaraq addımlar atıb, ölkədən gedərək xaricdə yeni həyat qurması planlarını gizlətməyib. Bunu ailəsində hər kəs bilib.

    Belə bir vaxtda onun qəfil və müəmmalı ölümü baş verib. Bu ölümə dərhal intihar adı verilir, yaxınları, ailəsi də susur. İş adamı İrad Hacıyevi tanıyanlar onun sağlığında ciddi problemlərin olmadığını deyirlər.

    Ürəyində problemi olmayan İrad Hacıyev haqda belə bir iddianı yaxınları niyə yayır?

    Amma onun yaxınlarının, qaynanasının, həyat yoldaşının paylaşımları var ki, orada İrad Hacıyevin ürəyində problemlər olması iddia olunur.

    Məşhur biznesmenin ölümü ilə bağlı yeni xəbər
    Məşhur biznesmenin ölümü ilə bağlı yeni xəbər


    Sağlıq durumunda problemləri olmayan iş adamının barəsində “ürəyində problemləri olub” şəkilində yayılan məlumatın səhvliyini bilən həyat yoldaşı Nigar Qəhramanova, onun anası niyə təkzib etmək əvəzinə yayırlar?

    Digər tərəfdən isə İrad Hacıyevin anası Züleyxa Hacıyevanın facebook üzərindən paylaşımlarında “oğlumu öldürüblər” şəkilində konkret mövqeyi var.

    Ötən araşdırmalarımızda üzə çıxmışdı ki, ölümündən 2-3 ay əvvəl İrad Hacıyev ümumi halsızlıqdan əziyyət çəkib. Müayinə və müalicə olunmaq üçün Türkiyəyə gedib. Orada onu müayinə edən həkimlər qanında aşkarlanan preparatın dozasının çoxluğundan şoka düşüblər. İrad Hacıyev deyib ki, qanında aşkar olunan preparatı onun həyat yoldaşı qəbul edir, ona da həmin preparatı qəbul etdirir. Türkiyədəki həkimlər İrad Hacıyevə təkidlə həmin preparatı qəbul etməkdən çəkinməsini tövsiyyə ediblər. Ümumi müayinənin nəticəsi belə olub ki, İrad Hacıyevi zəif salan, halsız edən məhz həmin preparatdır. Onun hər hansı bir orqanında problem olmadığı da həmin müayinə zamanı bir daha təsdiqlənib. Türkiyədən qayıdandan sonra isə ətrafındakılar İrad Hacıyevin sağlıq durumunun çox yaxşı olmasına şahidlik ediblər. Özünü çox yaxşı hiss edib. Bəs nədən onun ürəyindəki problemdən dünyasını dəyişməsi xəbərinə yaxınları belə tez inanıblar?

    İrad Hacıyev həyat yoldaşının içdiyi preparatların onun halsız etməsini, əldən salmasını bilə-bilə həmin preparatları niyə içib? Həmin preparatları özü içibmi?…

    İrad Hacıyevin cəmi 40 yaşı olub. Biznes karyerasının, həyatının ən bərəkətli dövrünə qədəm basmış iş adamı niyə özünü öldürsün ki?

    Nigar Qəhrəmanova suallardan niyə qaçır?

    Qardaşı Əhəd Hacıyev müsahibələrində bu haqda danışıb. Qardaşının sağlığında problemlərin olmadığını deyib.

    Yaxınları onun ölümünün araşdırılmasını niyə tələb etmirlər?

    Bu suallara cavab verə biləcək 1 nömrəli şəxs kimi onun həyat yoldaşı Nigar Hacıyeva Qəhrəmanova ilə əlaqə saxlayıb baş verənlərlə bağlı mövqeyini öyrənməyə çalışdıq.

    Maraqlıdır ki, Nigar Qəhrəmanova İrad Hacıyevin ölümü ilə bağlı çox etinasız cavablar verməklə, “Yoldaşımın işi prokurorluqdadır” deməklə, “Mən intervyu vermirəm, suallarınız var, prokurorluğa verin” söyləməklə suallara cavab verməkdən yayındı…

    İrad Hacıyevin biznesi kimin əlinə keçib?

    İrad Hacıyev dünyasını dəyişəndən sonra onun yaratdığı şirkətdə də maraqlı proseslər gedir. Şirkət genişlənir, böyüyür. İrad Hacıyevin ölümündən sonra şirkəti kimin sahibliyində olacaq?

    Onun böyük biznesindən şəriki Rəşadın, yoldaşı Nigar Qəhramanovanın, İrad Hacıyevin yaxınlarının pay bölgüsü necə olacaq?

    Bu sual açıqdır və cavabı dolayısı ilə İrad Hacıyevin müəmmalı ölümünə də aydınlıq gətirmək gücündədir.

    Yada salaq ki, İrad Hacıyevin əmisi qızı Mətanət Əzizova çox ciddi ittihamlarla dolu bir status paylaşmışdı.

    Həmin statusunda M.Əzizova yazırdı:

    “Təsəvvür edin, insanın meyitini evdə tapırlar, amma hüquq-muhafizə orqanlarının nümayəndələri evdə heç bir istintaq addımları atmırlar, hadisə yerindən əl izləri götürülmür, yaxın qohumların ifadəsi dinlənilmir, nə də ki, yaxınları tərəfindən onlara təqdim edilən versiyalar araşdırılmır. Təsəvvür edin ki, “sudmedekspertiza” rəy verir və rəsmi sənəddə ölümün səbəbini intihar yazır. Ay həkim, tibbi səbəbini yaz, a bala, ürəyimi dayanıb, beynimi, axi sən həkimsən, istintaq orqanı deyilsən, intihar və ya qəsdən öldürülmə bu müstəntiqin işidir, həkimin yox. Və həkimin rəyi əsasında cinayət işində ölümün səbəbi kimi intihar göstərilir”.

    Təəssüf ki, M.Əzizova bu statusundan sonra doğan suallara cavab verməyə tələsmir.

    İrad Hacıyevin ölümünə 6 gün qalmış həyat yoldaşı kiminlə döyüşə hazırlaşıb?

    İrad Hacıyevin müəmmalı ölümü ərafəsində Nigar Qəhramanovanın facebook statusları da maraq doğrur və suallar yaradır.

    N.Qəhrəmanova İrad Hacıyevin cansız bədənini mənzildəki vanna otağında aşkarlamazdan 6 gün əvvəl – 8 sentyabr 2018-ci ildə paylaşdığı statusu olduğu kimi diqqətə çatdırırıq:

    “I have endured pain and los

    I have felt broken

    I have known hardship and i have felt lost and alone

    but here i stand trying to move forward one day at a time.

    I well remember the lesson in my life

    because the are making me who I am stronger

    A Warrior.

    Məşhur biznesmenin ölümü ilə bağlı yeni xəbər


    Mən ağrı çəkdim və itirdim

    Mən özümü dağılmış hiss etdim,

    Mən çətinliklər gördüm, özümü itirilmiş, tənha hiss etdim

    Amma mən burada dayanmışam, bir addımla sabahı adlayıb növbəti günə keçmək istəyirəm

    Mən həyatın verdiyi dərsi yaxşı xatırlayıram

    Bütün bunlar məni güclü edir

    Mən döyüşçüyəm”.

    Söhbət hansı döyüşdən gedir?

    Növbəti gün Nigar Qəhrəmanova Qabriel Qarsia Markesdən sitat paylaşıb: “Səninlə vaxt keçirməyə can atmayan şəxsə vaxt ayırma”.

    Göründüyü ki, ortada aydınlıq gətirilməsi zərurəti olan xeyli suallar var. Suallar açıqdır, hansılara ki, gec-tez cavablar da verilməlidir. İrad Hacıyevin yaxınlarının mövqeyini dərc etməyə, yaranan suallara onların konkret cavablarını dinləməyə, dərc etməyə hazırıq.

    Araşdırmalarımız davam edir.(musavat.com)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR