AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İstanbulda iki çimərlikdə dənizə girmək qadağan edildi

  • + A
  • - A
  • Bu gün, 16:28

    İstanbulda iki çimərlikdə dənizə girmək qadağan edildi

    İstanbulun Bakırköy rayonunun Yeşilköy ərazisində yerləşən iki çimərlikdə bakterial çirklənmə səbəbindən müvəqqəti olaraq dənizə girmək qadağan edilib.

    Türkiyənin Səhiyyə Nazirliyinin apardığı analizlər zamanı polis bölməsinin və beynəlxalq xəstəxananın qarşısındakı çimərliklərdə suyun tərkibində E. coli (bağırsaq çöpü) və enterokok bakteriyalarının normadan yüksək olduğu müəyyənləşdirilib. E. coli göstəricisinin 100 millilitr suda 1800 KOE-yə çatdığı və bunun suyun keyfiyyətinin “pis” səviyyədə olduğunu göstərdiyi bildirilib.

    İstanbul İl Səhiyyə İdarəsi Bakırköy bələdiyyəsinə çimərliklərin müvəqqəti bağlanması və əhalinin lövhələr, elanlar və digər vasitələrlə məlumatlandırılması barədə göstəriş verib.

    Mütəxəssislərin bildirdiyinə görə, E. coli və enterokoklarla çirklənmiş su insanlarda ishal, ürəkbulanma, qusma, qızdırma və qarın spazmları kimi əlamətlərə səbəb ola bilər. Bu bakteriyalar əsasən fekal-oral yolla yayılır.

    Suyun keyfiyyətinə nəzarət Türkiyənin Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Çirklənmə mənbəyinin aradan qaldırılması isə onun mənşəyindən asılı olaraq bələdiyyə və ya digər aidiyyəti qurumların məsuliyyətindədir.

    Qeyd: Qadağanın nə qədər davam edəcəyi çirklənmənin səbəbinin müəyyənləşdirilməsi və sonrakı su analizlərinin nəticələrindən asılı olacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR