Suraxanıda səyyar görüşlər davam edir

Avqustun 25-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin vətəndaşlarla növbəti səyyar görüşləri Zığ qəsəbəsində yerləşən 317 nömrəli, Qaraçuxur qəsəbəsində yerləşən 282 nömrəli və Əmircan qəsəbəsində yerləşən 114 nömrəli tam orta ümumtəhsil məktəblərində keçirilib.
Səyyar görüşlərdə RİHB-nin müavinləri, şöbə və sektor müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, eləcə də qəsəbə sakinləri iştirak ediblər.
Ölkədə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşların rahatlığının və sosial vəziyyətinin yaxşılaşdırılmasının dayandığını qeyd edən Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev bildirib ki, sakinlərin qaldırdıqları problemlərin, onları narahat edən sosial məsələlərin həlli daim nəzarətdə saxlanılır.
RİH başçısı görüşlər zamanı sakinləri narahat edən problemləri dinləyərək məsələlərin həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib.
Səyyar görüşlərdə sakinlərin səsləndirdikləri istək və təkliflər dinlənilib, qaldırılan məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq onların həlli ilə bağlı görüləcək tədbirlər müəyyənləşdirilib.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.