AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“YAŞAT” Fondundan yeni tələbələrə 2 min manatlıq dəstək

  • + A
  • - A
  • Bu gün, 10:04

    “YAŞAT” Fondundan yeni tələbələrə 2 min manatlıq dəstək


    Şəhid ailələrinin üzvləri və müharibə əlillərinin təhsil imkanlarının genişləndirilməsi istiqamətində “YAŞAT” Fondunun həyata keçirdiyi tələbə mükafatı proqramı davam etdirilir.

    Fondun 2026–2027-ci tədris ili üzrə ali məktəblərə ilk dəfə qəbul olunan şəhid ailəsi üzvləri və müharibə əlillərinə 2000 manat məbləğində pul mükafatı təqdim etməsi nəzərdə tutulur.

    Bu çərçivədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev müvafiq kateqoriyadan olan yeni tələbələrlə görüş keçirib. Görüş zamanı tələbə mükafatının şərtləri və müraciət qaydaları barədə məlumat verilib.

    Mükafatdan yararlanmaq istəyən şəxslər qəbul imtahanında Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlar üzrə 400 və daha yüksək bal toplamalıdırlar. Subbakalavrlar üçün isə tələb olunan nəticə 90 bal və daha yuxarıdır.

    Bununla yanaşı, dünya universitetləri reytinqində ilk 1000-likdə yer alan ali təhsil müəssisələrindən birinə qəbul olan şəxslər də mükafat üçün müraciət edə bilərlər.

    Proqram çərçivəsində müraciətlərin qəbulu 31 oktyabr 2026-cı il tarixinədək davam edəcək.

    Müraciət etmək və proqramın şərtləri barədə ətraflı məlumat əldə etmək istəyən şəxslər “YAŞAT” Fondunun 8110 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.

    Qeyd edək ki, “YAŞAT” Fondu əvvəlki illərdə də ali təhsil müəssisələrinə qəbul olan şəhid ailəsi üzvləri və müharibə əlillərinə tələbə mükafatı təqdim edib. Bu təşəbbüsün əsas məqsədlərindən biri onların təhsil yolunda əlavə dəstəklə təmin olunmasına töhfə verməkdir.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR