AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Emin Əmrullayev: Şagirdlər tam orta təhsilin son iki ilini təmayüllü siniflərdə oxuya bilərlər

  • + A
  • - A
  • Bu gün, 11:00

    Emin Əmrullayev: Şagirdlər tam orta təhsilin son iki ilini təmayüllü siniflərdə oxuya bilərlər

    “Bu tədris ili Azərbaycan təhsili üçün vacib olacaq”.

    Oxu.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

    O bildirib ki, yeni tədris ilində təmayüllü siniflərin fəaliyyətinin genişləndirilməsi əsas istiqamətlərdən biri olacaq.

    Nazirin sözlərinə görə, bu il 90 məktəbdə təmayüllü sinif modeli tətbiq olunacaq.

    “Bu, müəyyən mənada valideynlərə dəstək olacaq və şagirdlərin daha yaxşı nəticələr göstərməsinə imkan verəcək. Nəticələr uğurlu olarsa, tam orta təhsil modelində daha geniş şəkildə tətbiq edə bilərik”, - deyə E.Əmrullayev qeyd edib.

    Nazir əlavə edib ki, belə olan halda şagirdlər tam orta təhsilin son iki ilini təmayüllü siniflərdə oxuyacaqlar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR