Hakimlər Komitəsinin sədri Elçin Məsiyevin penalti qərarını səhv sayıb

Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının V turunda “Araz-Naxçıvan” – “Turan Tovuz” oyununun müzakirələrə səbəb olan epizoduna aydınlıq gətirib.
O, matçın baş hakimi Elçin Məsiyevin “Turan Tovuz”un qapısına penalti təyin etməsinin düzgün qərar olmadığını açıqlayıb.
Bildirək ki, “Turan Tovuz” klubu qarşılaşmada təyin olunan penalti ilə bağlı rəsmi bəyanat yayaraq qərara etiraz edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.