AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xarici diplomu tanınmayan şəxslər hərbi xidmətə hansı müddətə çağırılır?

  • + A
  • - A
  • Bu gün, 12:50

    Xarici diplomu tanınmayan şəxslər hərbi xidmətə hansı müddətə çağırılır?

    Xaricdə ali təhsil alan Azərbaycan vətəndaşlarının hərbi xidmət müddəti onların diplomlarının Azərbaycanda rəsmi tanınıb-tanınmamasından asılıdır.

    Qanunvericiliyə əsasən, tanınmış ali təhsil sənədinə malik şəxslər üçün müddətli həqiqi hərbi xidmət müddəti 1 il müəyyən olunur. Ali təhsil statusu təsdiqlənməyən şəxslər isə 1 il 6 ay müddətinə hərbi xidmətə çağırıla bilərlər.

    Xarici ölkələrdə verilmiş diplomların tanınması prosesi Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir. Prosedur zamanı təhsil müəssisəsinin akkreditasiyası, təhsil forması və digər tələblər araşdırılır.

    Əgər diplom müəyyən olunmuş qaydalara uyğun olmadığı üçün tanınmırsa, həmin sənəd Azərbaycan ərazisində hüquqi əsas yaratmır. Bu halda çağırışçı ali təhsilli şəxs kimi deyil, ümumi qaydada hərbi xidmətə çağırılan şəxs kimi qiymətləndirilir.

    Mütəxəssislər bildirirlər ki, xaricdə təhsil alan şəxslər hərbi xidmət müddəti ilə bağlı məsələlərdə diplomun tanınması prosedurunu vaxtında başa çatdırmalı və müvafiq sənədləri təqdim etməlidirlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR