AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Daha 93 min şəxs üçün kiçik təsərrüfatlar qurulub

  • + A
  • - A
  • Bu gün, 17:37

    Daha 93 min şəxs üçün kiçik təsərrüfatlar qurulub

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən özünüməşğulluq proqramı çərçivəsində indiyədək ölkə üzrə 115 mindən çox şəxs əhatə olunub.

    Proqramın dəstəyi ilə vətəndaşlara kiçik bizneslərini qurmaq üçün imkan yaradılıb. Regionlarda isə 93 min şəxs üçün kiçik ailə təsərrüfatları yaradılıb.

    Özünüməşğulluq proqramı çərçivəsində işsiz və işaxtaran şəxslərə istehsal, kənd təsərrüfatı və xidmət sahələri üzrə 30-dan çox iqtisadi fəaliyyət istiqaməti üzrə mal və material formasında aktivlər təqdim olunur.

    Proqrama cəlb olunan şəxslər ilkin mərhələdə təlimlərə qatılır. Həmin təlimlərdə iştirakçılara kiçik biznesin təşkili və idarə olunması ilə bağlı bilik və bacarıqlar öyrədilir.

    Təlimləri uğurla başa vuran şəxslər hazırladıqları biznes planlarına uyğun olaraq zəruri aktivlərlə təmin edilirlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR