AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı səfəri ilə bağlı sualları cavabsız qaldı

  • + A
  • - A
  • Bu gün, 11:30

    Bakı səfəri ilə bağlı sualları cavabsız qaldı

    Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan Bakıda səfərdə olduqdan sonra İrəvana dönüb.

    “NEWS.am”ın yazdığına görə, Qriqoryan sentyabrın 22-də IV Bakı Təhlükəsizlik Forumunda iştirak edib. Onun olduğu təyyarə ilkin olaraq saat 21:40-da İrəvana enməli olsa da, uçuş iki saat gecikib.

    Təyyarə saat 23:40-da İrəvan hava limanına enib. Gecikmənin səbəbi açıqlanmayıb.

    Qriqoryan hava limanında jurnalistlərin sualları ilə qarşılaşıb. Jurnalistlər, xüsusilə, Bakıda saxlanılan separatçıların geri qaytarılması məsələsinin müzakirə olunub-olunmadığını soruşublar. O, suallara cavab verməyib.

    Qeyd edək ki, IV Bakı Təhlükəsizlik Forumu DTX-nin təşkilatçılığı ilə sentyabrın 22-də işə başlayıb. Forumda 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərləri və yüksəkvəzifəli nümayəndələri iştirak edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR