Kamran Əliyev Gəncədə qəbul keçirəcək

Baş prokuror Kamran Əliyevin Gəncə şəhərində vətəndaşlarla görüşü keçiriləcək.
Qəbul oktyabrın 7-də saat 10:00-da Gəncə şəhər prokurorluğunun inzibati binasında təşkil olunacaq.
Qeydiyyat Gəncə şəhər prokurorluğu tərəfindən aparılacaq.
Vətəndaşlar qəbul üçün şəhər prokurorluğuna yazılı və ya şifahi müraciət edə bilərlər.
Həmçinin qəbula (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrələri, contact@prosecutor.gov.az elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkə hesabları vasitəsilə yazılmaq mümkündür.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.