AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məktəbin bufetində satılan şirniyyatdan zəhərlənmə

  • + A
  • - A
  • Bu gün, 14:48

    Məktəbin bufetində satılan şirniyyatdan zəhərlənmə

    5 şagird xəstəxanaya yerləşdirildi

    Gəncədə 5 məktəbli zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

    Hadisə Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş verib. 2017-ci il təvəllüdlü 4-cü sinif şagirdləri dərs zamanı özlərini pis hiss ediblər.

    İlkin məlumata əsasən, şagirdlərin məktəbin bufetindən aldıqları şirniyyatdan zəhərləndikləri ehtimal olunur.

    TƏBİB-in məlumatına görə, zəhərlənmə şübhəsi ilə 5 nəfər Abbas Səhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya edilib. Pasiyentlərə tibbi yardım göstərilir və onların vəziyyəti stabil qiymətləndirilir.

    Hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR