AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dağıstanın 3 kəndi ilə nəqliyyat əlaqəsi kəsilib

  • + A
  • - A
  • Bu gün, 18:00

    Dağıstanın 3 kəndi ilə nəqliyyat əlaqəsi kəsilib

    Daş uçqunları və yolun torpaq yatağının dağılması səbəbindən Dağıstanın Tlyarata rayonunun 3 yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsi kəsilib.

    Bu barədə "Dağıstanavtodor" dövlət müəssisəsi məlumat yayıb.

    "Tlyarata rayonunda "Landa - Şidib" avtomobil yolunun 1-ci km-lik hissəsində avtonəqliyyatın hərəkəti yolun torpaq yatağının dağılması və daş uçqunları ilə əlaqədar olaraq müvəqqəti bağlanıb", - məlumatda qeyd olunur.

    3 yaşayış məntəqəsi - Boçox, Xantakolob və Şidiblə nəqliyyat əlaqəsi kəsilib. Bərpa işlərinə uçqun prosesləri sabitləşdikdən sonra başlanılacaq.

    Ötən gün güclü yağışlar səbəbindən çaylarda suyun səviyyəsi qalxıb.

    Bundan başqa, Dağıstanın dağlıq və yüksək dağlıq rayonlarına ilk qar yağıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR