AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Neftçalada səyyar qəbul keçirilib

  • + A
  • - A
  • Bu gün, 13:31

    Neftçalada səyyar qəbul keçirilib

    Sakinlər bir sıra məsələləri qaldırıblar

    Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Xanməmmədli və Ramazanlı kəndlərinin sakinləri ilə görüşüb.

    Səyyar qəbulda rayonun aidiyyəti qurumlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.

    Görüşdə Azərbaycanın memarlıq irsi, şəhərsalma siyasəti və 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” çərçivəsində görülən işlər barədə məlumat verilib.

    Həmçinin Neftçalada kənd təsərrüfatının inkişafı, suvarma imkanlarının genişləndirilməsi və mövcud potensialdan səmərəli istifadə istiqamətində görülən tədbirlər diqqətə çatdırılıb.

    Sakinlər həkim çatışmazlığı, əkin suyunun verilməsi, bankomat quraşdırılması, dərman təminatı və evlərin sənədləşdirilməsi ilə bağlı problemləri gündəmə gətiriblər.

    Müraciətlər dinlənilib, qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumlara tapşırıqlar verilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR