AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

FHN-in Muğan Regional Mərkəzi təlim keçirib

  • + A
  • - A
  • Dünən, 14:00

    FHN-in Muğan Regional Mərkəzi təlim keçirib

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzinin təşkilatçılığı ilə Salyan şəhərində yerləşən, hazırda fəaliyyət göstərməyən istehsalat müəssisəsinin ərazisində "Dağıntı altında qalmış zərərçəkmişlərin xilas edilməsi" mövzusunda təlim keçirilib.

    Təlimə FHN Muğan Regional Mərkəzinin və TƏBİB-in tabeliyindəki Salyan rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının qüvvələri cəlb olunub.

    Qeyd edilir ki, məqsəd xilasedicilərin bu tipli müəssisələrin ərazisində mümkün fövqəladə hallar zamanı axtarış-xilasetmə bacarıqlarının daha da təkmilləşdirilməsi olub.

    Təlim zamanı şərti fövqəladə hadisə nəticəsində obyektin ərazisində "köməksiz vəziyyətdə qalmış zərərçəkmişlər" xüsusi vasitələrlə "xilas edilərək" onlara "ilkin yardım" göstərilib.

    Uğurla keçirilən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR