Məktəblinin vəziyyəti ağırdır

Pəncərədən yıxılan şagirdin müalicəsi reanimasiyada davam etdirilir
Oktyabrın 12-də Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 2014-cü il təvəllüdlü qızın müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
Bu barədə TƏBİB-dən sorğuya cavab olaraq bildirilib. Qeyd olunub ki, azyaşlının vəziyyəti ağır qiymətləndirilir.
Xatırladaq ki, 94 nömrəli tam orta ümumtəhsil məktəbinin 7-ci sinif şagirdi tənəffüs zamanı məktəbin ikinci mərtəbəsinin pəncərəsindən yıxılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, hadisədən dərhal sonra təcili tibbi yardım çağırılıb, şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün tibb müəssisəsinə aparılıb.
Hadisə ilə bağlı şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ nəzarətə götürülüb, araşdırmalara başlanılıb. Məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə də söhbətlər aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.