AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Parisdə tələbə etirazları başlayandan bəri 1 200-dən çox adam həbs edilib

  • + A
  • - A
  • Bu gün, 20:00

    Parisdə tələbə etirazları başlayandan bəri 1 200-dən çox adam həbs edilib

    Fransanın paytaxtı Parisdə tələbə etirazları başlayandan bəri 1 260 həbs həyata keçirilib, onların da 86 %-i yetkinlik yaşına çatmayanlardır.

    Bu barədə Fransa mediası məlumat yayıb.

    Həmçinin bildirilib ki, 286 polis və jandarm əməkdaşı, eləcə də təhsil sisteminin 13 əməkdaşı xəsarət alıb.

    "Zorakılıq halları təkrarlanır və getdikcə artır. Təkcə oktyabrın 13-də keçirilən nümayişlər zamanı 71 daxili təhlükəsizlik əməkdaşı qalaraq xəsarət alıb. Onlardan bəziləri hətta polis və jandarm əməkdaşlarına daşlar atıblar", – polisdən bildirilib.

    Medianın məlumatına görə, oktyabrın 17-nə bütün ölkə üzrə 250 müxtəlif aksiya planlaşdırılıb. Ərazi kəşfiyyatı əməkdaşlarının hesablamalarına görə, Paris nəzərə alınmadan Fransa ərazisində etirazçıların sayı 50 mindən 100 min nəfərə qədər təşkil edəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR