Qızının makiyajı məktəbdə insidentə səbəb oldu – Ata həbs edildi

Bakının Qaradağ rayonundakı məktəblərdən birində şagirdin xarici görünüşü ilə bağlı yaranan narazılıq insidentlə nəticələnib.
Belə ki, kosmetik vasitələrdən istifadə edən 9-cu sinif şagirdinin dərsə buraxılmaması atasının etirazına səbəb olub. Məktəbə gələn Çingiz Balabəyov direktorla mübahisə yaradıb, müəllimlərə qarşı nalayiq ifadələr işlədərək təhsil müəssisəsinin iş rejimini pozub.
Faktla bağlı polis əməkdaşları tərəfindən saxlanılan şəxs həbs edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.