Bakıda yaşayış binasında yanğın: sakinlər təxliyə edilib

Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsindəki Mustafa Sübhi küçəsində yaşayış binasında yanğın olub.
FHN-dən verilən məlumata görə, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Yanğın binanın dördüncü mərtəbəsində yerləşən üçotaqlı mənzilin mətbəxində qeydə alınıb. Yanğınsöndürənlərin çevik müdaxiləsi ilə alovun digər sahələrə yayılmasına imkan verilməyib və yanğın qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində ümumi sahəsi 60 kvadratmetr olan mənzilin mətbəxində 9 kvadratmetr sahədə yanar konstruksiyalar yanıb. Mənzilin qalan hissəsi və binadakı digər mənzillər yanğından qorunub.
Təhlükəsizliyin təmin edilməsi məqsədilə bina sakinləri təxliyə olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.