Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə İnsanlara Qayğı İctimai Birliyi tərəfindən icra olunan “Ağdam şəhidlərinin Zəfər yolu” layihəsi çərçivəsində Ağdam Dövlət Sosial-İqtisadi Kollecində növbəti maarifləndirici tədbir təşkil olunub.
Tədbirin əsas məqsədi Ağdam şəhidlərinin həyat və döyüş yolunun, Vətən uğrunda göstərdikləri qəhrəmanlıq nümunələrinin gənc nəslə çatdırılması, şəhidlərimizin əziz xatirəsinin yaşadılması və gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsidir.
Tədbir zamanı Ağdam şəhidlərinin Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda göstərdikləri şücaət, fədakarlıq və qəhrəmanlıq salnaməsi haqqında ətraflı məlumat verilib. İştirakçılar mövzu ətrafında müzakirələr aparıb, öz fikirlərini bölüşüb və sual-cavab mərhələsində fəallıq nümayiş etdiriblər.
Qeyd edək ki, “Ağdam şəhidlərinin Zəfər yolu” layihəsi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə İnsanlara Qayğı İctimai Birliyi tərəfindən üç ay müddətində həyata keçirilir. Layihənin rəhbəri Ələkbər Ağayevdir.
Layihənin əsas məqsədi Ağdam şəhidlərinin qəhrəmanlıq tarixini araşdırmaq, təbliğ etmək, onların şərəfli həyat yolunu gənc nəslə tanıtmaq və milli-mənəvi dəyərlərin qorunmasına töhfə verməkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.