“Dünya Azərbaycanlıları Vətənpərvərləri” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Dünya azərbaycanlıları arasında vətənpərvərlik ruhunun gücləndirilməsi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbirini Şirvan şəhərində təşkil edib.
Tədbir Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində keçirilib. Tədbiri layihə rəhbəri Büllur Məmmədova aparıb. O, ilk olaraq iştirakçılara layihənin məqsədi, əsas fəaliyyət istiqamətləri və qarşıya qoyulan hədəflər barədə ətraflı məlumat verib.
Daha sonra gənclərlə vətənpərvərlik, milli-mənəvi dəyərlər, Azərbaycançılıq ideologiyası, milli kimliyin qorunması və dünya azərbaycanlıları arasında həmrəyliyin gücləndirilməsi mövzularında geniş müzakirələr aparılıb. Gənclər öz fikir və düşüncələrini bölüşüb, onları maraqlandıran suallar ətrafında fikir mübadiləsi ediblər.
Layihə rəhbəri Bülur Məmmədova çıxışında gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinin, milli dəyərlərə bağlılığının və ölkənin ictimai həyatında fəal iştirakının əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, “Dünya Azərbaycanlıları Vətənpərvərləri” İctimai Birliyinin sədri Nəsimin Novruzovdur.
Tədbirin sonunda müzakirələrdə və görüşün gedişində fəallığı ilə seçilən gənclərə sertifikatlar təqdim olunub.
Xatırladaq ki, layihənin əsas məqsədi dünya azərbaycanlıları arasında milli həmrəyliyin möhkəmləndirilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği və gənc nəslin milli ruhda formalaşmasına töhfə verməkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.