ABŞ Prezidenti Donald Tramp Ukraynada müharibənin başa çatdırılmasının və sülhə nail olunmasının mümkün olduğuna inanır. Bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner Berlində “Könüllülər koalisiyası” və Ukrayna lideri Volodimir Zelenski ilə keçirilən məsləhətləşmələrdən sonra bildirib.
Kuşnerin sözlərinə görə, Avropa Ukraynaya dəstək məsələsində həmrəy və kifayət qədər güclüdür.
O qeyd edib ki, özü və ABŞ prezidentinin digər xüsusi nümayəndəsi Stiv Uitkoff bu barədə Donald Trampa məlumat veriblər. Onlar eyni zamanda Avropanın mövqeyini Rusiya nümayəndə heyətinə də çatdırmağı planlaşdırırlar.
“Düşünürəm ki, Tramp sülhün mümkün olduğuna inanaraq görüşdən ayrılıb”, – deyə Kuşner bildirib.
Xüsusi nümayəndə əlavə edib ki, ABŞ Ukraynada münaqişə başa çatdıqdan sonra ölkənin iqtisadi inkişafı və rifahının təmin olunmasına dair planın hazırlanmasında da əhəmiyyətli irəliləyiş əldə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.