AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı Medical Plazada Uroandrologiya laboratoriyası fəaliyyət göstərir

  • + A
  • - A
  • 30-04-2021, 16:00

    Bakı Medical Plazada Uroandrologiya laboratoriyası fəaliyyət göstərir

    Bakı Medical Plazanın​ uroandrologiya laboratoriyasında bu sahənin mütəxəssisləri tərəfindən “Sidik qaçırma” xəstəliyinin tam təşəkküllü diaqnostikası, müalicəsi və reabilitasiyası həyata keçirilir.

    "Qafqazinfo" xəbər verir ki, mərkəzdə uroflometriya, urodinamiya, pelvik fizioterapiya xidmətləri göstərilməkdədir. Klinikanın uzman uroloq-androloqu Abdullah Arman Özdemir xəstəliklə bağlı danışıb. O bildirib ki, urodinamiya sidik kisəsinin funksiyalarının öyrənilməsinə deyilir: " Sidik qaçırma və sidik ifraz etmə ilə bağlı (sidiyə çıxa bilməmə, damla-damla sidik ifraz etmə, ağrılı və gücənərək sidik ifraz etmə) problemləri olan insanlara icra edilir.

    Uroflometriya sidiyə getmənin sürətini ölçən diaqnostika üsuludur. Bu diaqnostika üsulu sidiyə getmənin müxtəlif patalogiyalarında tətbiq olunur.

    Pelvik fizioterapiya qadınlarda, kişilərdə və uşaqlarda sidik ifrazat sistemi pozğunluqları, çanaq əzələ patologiyaları zamanı yaranan xroniki ağrılarda yüksək nəticə əldə etməyə imkan verir. Fizioterapiya müalicəsi pelvik (çanaq) əzələlərinin gücünü və dözümlülüyünü artırır. Bundan əlavə, patoloji prosesə məruz qalmış əzələlərə gücləndirici məşqləri necə düzgün yerinə yetirməyi öyrənir. Bu, nəzarətsiz sidik axınının və zəifləmiş pelvik (çanaq) əzələlərinin təsirli və uzun müddətli rahatlamasını təmin edir. Müalicə prosesi pelvik əzələlərinə lazımi tonus, güc və dözüm əldə etməyə imkan verir. Pelvik fizioterapiya ilə qeyri-ixtiyari sidik qaçırmanın qarşısını qısa müddət ərzində almaq mümkündür".

    Müayinəyə göstərişlər:

    - Qadınlarda öskürərkən sidik qaçırtma halı, sidik kisəsinin sallanması, sidiyə gedə bilməmək problemi;
    Uşaqlarda Usaqlarda enurez, sidik saxlaya bilməmək, sidik qaçırtma, sidiyə gedə bilməmək,

    - Kişilərdə prostat, uroloji problemlər, gecələr tez-tez sidiyə getmə halları;

    - Uşaqlarda və böyüklərdə enurez, sidik kisəsi problemləri və xəstəlikləri, müxtəlif mənşəli sidik qaçırmalar

    - Uşaqlarda rast gəlinən bütün Uroloji androloji xəstəliklərin dəqiq təyini, müalicəsi.

    Uroflometriya sidiyə getmənin sürətini ölçən diaqnostika üsuludur. Bu diaqnostika üsulu sidiyə getmənin müxtəlif patalogiyalarında tətbiq olunur.

    Müayinəyə göstərişlər:

    - Sidik kanalının darlığı;

    - Neyrogen sidik kisəsi;

    - Hiperaktiv sidik kisəsi;

    - Sidiyi saxlaya bilməmək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR