AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Uzun müddət sidik saxlayanda orqanizmdə nə baş verir? ZİYANLARI

  • + A
  • - A
  • 18-02-2021, 00:18


    Sağlam insan gün ərzində 8 dəfədən çox olmayaraq, gecə isə 1 dəfədən çox olmayaraq sidik ifraz edir.
    Bu zaman insan ağrı, narahatçılıq hiss etməməli, sidik sərbəst axmalı, insan sidik ifraz etmək üçün gücənməməlidir.
    Sidik ifrazının tezliyi müxtəlif səbəblərdən - mayenin qəbulundan, qidalanmadan, havanın temperaturundan, insanın fərdi xüsusiyyətlərindən və s. asılı ola bilər. Stress, soyuqlama, hamiləlik sidik ifrazının tezliyini artırır.

    Qadınlar fizioloji xüsusiyyətlərə görə daha tez-tez sidik ifraz edir.

    Bəzi xəstəliklər (sistit, böyrək daşı xəstəliyi, piyelonefrit, qadınlarda ginekoloji xəstəliklər, kişilərdə prostat vəzi xəstəlikləri, şəkərli diabet və s.) sidik ifrazının tezliyini artırır.

    Gecə saatlarında 1 dəfədən artıq sidik ifraz etmək normal sayılmır. Əgər siz gecə saatlarında tez-tez tualetə getmək üçün oyanırsınızsa, mütləq həkimə müraciət edin. Bu ciddi xəstəliyin (şəkərli diabet, kişilərdə prostat vəzi xəstəlikləri və s.) simptomu ola bilər.

    Uzun müddət ərzində sidik saxlamaq orqanizm üçün olduqca ziyanlıdır. Bu çox ciddi pozulmaların inkişafına təkan verə bilər:

    1. Uzun müddət ərzində sidik saxlayan insanda sidik kisəsinin iltihabının (sistit) riski artır. Bu xüsusilə qadınlara aiddir.

    2. Sidik uzun müddət ərzində sidikkisəsində qalan sidik kisəsinin divarlarına dağıdıcı təsir edir.

    3. Çox nadir hallarda olsa da sidiyi uzun müddət saxlamaq sidik kisəsinin yırtılmasına gətirib çıxarda bilər.

    4. Enurezin (sidik saxlaya bilməmək halı) inkişafına səbəb ola bilər.

    5. Sidik həddindən artıq dolmuş sidik kisədindən geriyə - sidik yollarına və böyrəklərə düşə bilər ki, bu da böyrək iltihabına səbəb ola bilər.
    Sağlamolun.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR