AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

TƏBİB-in koronavirusdan müalicə protokolları səhvdir- Almaniyada yaşayan həkimdən TƏNQİD

  • + A
  • - A
  • 1-05-2021, 21:29


    Almaniyada yaşayan azərbaycanlı həkim, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev TƏBİB-in müalicə protokollarındakı səhvlərdən danışıb.

    Həkim uşaqların müalicəsi üçün yazılan dərmanların dəhşətli fəsadları olduğunu bildirib.

    "Biri var ki, bilməmək – buna baxmayaraq, bunu dərk edib öyrənməyə çalışmaq və cəhd etmək. Bu, ayıb deyil. Biri də var ki, bilməmək – amma bunu dərk edərək həm də öyrənmək istəməmək və buna heç cəhd etməməmək. Bu isə çox ayıbdır.

    İkinci hala üstünlük verən peşə sahiblərini onların ixtisaslarına uyğun müxtəlif titullarla təqdim etmək olar. Məsələn: yumşaq desək, “yerini bilməyənlər”, “məsuliyyətsizlər”, “savadsızlar”, daha dəqiq desək “cinayətkarlar” və s.

    Dünən TƏBİB-in uşaqlarda SARS-CoV-2 virusuna yoluxma zamanı yaydığı protokolla tanış oldum. Bu protokolun tərtibi bir daha onu göstərir ki, TƏBİB-in işi yuxarıda dediyim misalın ikincisinə aiddir.

    Protokolda bir çox şeylər səhv qeyd edilib. Amma ən dəhşətlisi isə uşaqlarda müalicə bölümü və burada tətbiqi məsləhət görülən bəzi dərmanların adlarıdır. Qısaca deyim ki, həmin dərmanların bəzisinin, ümumiyyətlə, dünyada uşaqlarda istifadəsi qadağandır. Digər tərəfdən isə dərmanların adları yazılarkən uşaqlarda ciddi fəsadlar törədə biləcək (hətta ölümə səbəb ola biləcək) yan təsirləri nəzərə alınmayıb.

    Bu cür protokolun tətbiqində yol verilən məsuliyyətsizlik heç bir halda qəbul edilən deyil. Nəticə etibarı ilə hansısa rayonda olan həkim bu dərmanı uşağa verib, nəticədə azyaşlının ölümünə səbəb olsa, günahın kimin boynunda olacağını da bizlər çox gözəl başa düşdüyümüzdən bu protokolun qısa zamanda dəyişilməsini və elmi əsaslarla tərtib edilməsini TƏBİB-dən tələb edirik!

    Bu cür protokolların tətbiqində TƏBİB tərəfindən yol verilən belə ciddi səhvlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ölkədə pozitiv istiqamətdə edəcəyi məsələlərə xələl gətirməklə yanaşı, TƏBİB-in də məsələlərə nə qədər hakim olduğunu bir daha göstərdi".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR