AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

TƏBİB koronavirusun müalicə protokollarını yaydı

  • + A
  • - A
  • 6-04-2021, 10:37

    TƏBİB koronavirusun müalicə protokollarını yaydı


    TƏBİB COVİD-19 xəstələri ilə çalışan həkim heyəti və bu infeksiyaya yoluxmuş şəxslərlə bağlı məlumat yayıb.

    Qurumdan verilən məlumatda bildirilir ki, son dövrlər ayrı-ayrı şəxslər tərəfindən COVID-19 xəstələrinə yanlış tövsiyələr verildiyinə və müalicənin doğru aparılmadığı hallarına rast gəlinir.

    Qeyd edilib ki, xəstənin vəziyyətini daha da ağırlaşdıran belə müalicə üsulları qətiyyən yolverilməzdir:

    “Bildiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə və etibarlı elmi mənbələrə əsaslanaraq bir çox ölkələrdə koronavirusla əlaqədar tibb işçiləri üçün müalicə protokolları hazırlanıb. TƏBİB tərəfindən də belə protokollar xəstəliyin yarandığı ilk günlərdən tərtib olunub, stasionar tibb müəssisələrinə göndərilib və vaxtaşırı yenilənməkdədir.

    Lakin son dövrlər ayrı-ayrı ixtisas həkimlərinin də vətəndaşların fərdi istək və müraciətləri ilə koronavirusun müalicəsi ilə məşğul olduğunu nəzərə alaraq, müalicə protokolları ilə həm həkimləri, həm də ictimaiyyəti tanış edir və hər kəsə təsdiqlənmiş üsullardan istifadə etməyi tövsiyə edirik.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR