Türkiyənin Səhiyyə Nazirliyinin Sağlamlıq İnstitutları Başkanlığının Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov dünyada ilk dəfə şəkərsiz zülal sintezi texnologiyasını yaradıb.
Bu barədə Azadmedia.az-a açıqlama verən alim bu ixtira ilə əlaqədar 2 patent aldığını qeyd edib. Bildirib ki, 3-cü və ən mühüm hesab etdiyi patent isə cari ilin iyun ayının 22-də Amerika Patent Ofisi tərəfindən verilib.
T.Məmmədovun sözlərinə görə, bu texnologiya ilə mühüm peyvəndlər, terapevtik zülallar, fermentlər, anticisimlər, sənaye fermentləri və tibbi qida qatqıları sintez edilir.
Alim bu texnologiya üzrə Amerika patentinin alınmasının mühüm hadisə olduğunu və elmdə çox böyük bir ixtira hesab edildiyini vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.