AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qərb bölgəsindəki tibb müəssisələrinin həkim məsləhət komissiyalarının işinin təşkili və idarə olunmasına dair təlim keçirilib

  • + A
  • - A
  • 17-01-2022, 11:35

    Qərb bölgəsindəki tibb müəssisələrinin həkim məsləhət komissiyalarının işinin təşkili və idarə olunmasına dair təlim keçirilib

    2022-ci il 13-15 yanvar tarixlərində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən Gəncə Birləşmiş Şəhər Xəstəxanasında “Tibb müəssisələrində Həkim Məsləhət Komissiyasının işinin təşkili və idarə olunması” mövzusunda təlim keçirilib.
    Azadmedia.az xəbər verir ki, təlimdə Gəncə Birləşmiş Şəhər Xəstəxanasının, Mingəçevir, Yevlax və Şəmkir şəhər, Samux, Goranboy, Göygöl, Daşkəsən, Kəlbəcər, Xocalı, Ağdaş, Naftalan, Bərdə, Tərtər, Ağstafa, Qazax, Tovuz və Gədəbəy rayon mərkəzi xəstəxanalarının direktorları, həmin xəstəxanaların nəzdində fəaliyyət göstərən həkim məsləhət komissiyalarının sədrləri, poliklinika şöbələrinin və ailə sağlamlıq mərkəzlərinin müdirləri, Agentliyin Gəncə, Mingəçevir və Şəmkir filiallarının rəhbərləri iştirak ediblər.
    İştirakçılara Həkim Məsləhət Komissiyasının işinin təşkilində istinad olunan hüquqi sənədlər, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilmə Qaydası”, “Əmək qabiliyyəti olmamaq vərəqələrinin təmin edilməsi, qeydiyyatı saxlanılması və doldurulması Qaydası”, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” haqqında ətraflı məlumat verilib.
    Təlimdə həmçinin “Həkim Məsləhət Komissiyasının rəylərinin qeydiyyatı kitabının təhlili”, “Əmək qabiliyyətinin itirilməsi vərəqələrinin qeydiyyatı kitabının təhlili” və “Tibbi-Sosial Ekspert Komissiyasına verilən göndərişin (TQS № 088) təhlili” mövzularında təqdimatlarla çıxışlar edilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
    Məruzəçi qismində Agentliyin Tibb planlama departamentinin rəhbəri Hikmət İbrahimli, Əlillik məsələləri üzrə nəzarət şöbəsinin əməkdaşları, Pirallahı Tibb Mərkəzinin direktoru Azər Zeynalov, 13 nömrəli Şəhər Poliklinikasının baş həkimi Elnarə Hüseynova, 20 nömrəli Şəhər Poliklinikasının baş həkiminin inzibati məsələlər üzrə müavini Tahirə Əfəndiyeva, 22 nömrəli Şəhər Poliklinikasının baş həkimi Aydın Əhmədov, 9 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkim nevropatoloqu Elşad Əliyev və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin sektor müdiri Məmməd Xasıyev çıxış ediblər.
    Qeyd edək ki, respublika üzrə fəaliyyət göstərən tibb müəssisələrinin həkim məsləhət komissiyalarının fəaliyyətinin təkmilləşdirilməsi məqsədini daşıyan analoji təlimlər ötən ay şimal bölgəsindəki tibb müəssisələrinin əməkdaşları üçün keçirilib. Hazırda TƏBİB-in tabeliyindəki 143 tibb müəssisəsi tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər vermək hüququna malikdir. Həmin tibb müəssisələrinin siyahısı ilə buradan tanış olmaq olar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR