AzTU-nun rektoru Vilayət Vəliyevin Azərbaycan Gəncləri Günü münasibətilə təbriki
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə rəsmi feysbuk səhifəsində paylaşım edib.
Paylaşımda deyilir:
"Əziz gənclər!
Azərbaycan Gəncləri Günü münasibətilə hər birinizi ürəkdən təbrik edirəm!
Ulu öndər Heydər Əliyevin gənclərə ən böyük hədiyyəsi olan bu əlamətdar tarixin təsis edilməsindən 25 il ötür. Gənclərimizin ölkənin bütün sahələrdə inkişafında fəal iştirakı qürurvericidir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Bu gün sosial həyatın bütün sferalarında gənc kadrların əksəriyyət təşkil etməsi ölkədə aparılan gəncləşmə siyasətinin uğurla icra olunmasının bariz nümunəsidir.
Bizim gənclər savadlıdır, intellektualdır, vətənpərvərdir. Bizim gənclər 44 günlük Vətən müharibəsində xalqımıza qələbə sevinci yaşadan qalib gənclərdir. Ən şərəfli ad olan qazi və şəhid adını daşıyanlar da bizim gənclərimizdir.
Mən gənclərimizlə fəxr edirəm, onlara gələcək həyatlarında, fəaliyyətlərində uğurlar və bol şans arzulayıram!
Gününüz mübarək, əziz gənclər!"
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.