AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əsası Ulu Öndər tərəfindən qoyulan gənclər siyasəti bu gün bütün sahələrdə bəhrəsini verir - Deputat

  • + A
  • - A
  • 1-02-2021, 21:58

    Əsası Ulu Öndər tərəfindən qoyulan gənclər siyasəti bu gün bütün sahələrdə bəhrəsini verir - Deputat

    Məşhur Məmmədov,
    Milli Məclisin deputatı

    24 il ildir ki, ölkəmizdə 2 fevral xüsusi bir gün – Gənclər Günü kimi qeyd olunur. Hamımız bilirik ki, 2 feval gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki məhz Heydər Əliyevin ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsas qoyuldu. İlk addım olaraq 1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradılıdı.

    Ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzrlərində hiss etmişlər. 1996-cı il 2 fevral tarixində Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci forumu keçirilidi. 1997-ci ildən isə Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başaladı. Əsası Ulu Öndər tərəfindən tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişmiş, onlar ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin,təhsilin inkişafını, ölkəmizin siyasi,iqtisadi yüksəlişini, gənclər olan diqqəti və qayğı dərin ehtiram hissi ilə xatırlayır.

    Şükürlər olsun ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilr. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır. Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq məqsədi ilə Prezident İlham Əliyev 19 dekabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə sərəncam verdi.

    Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də ölkədə ilk dəfə "Gənclər üçün Prezident Mükafatı"nın təsis edilməsi oldu.

    İnanıram ki, bu il Gənclər Günü əvvəlki illərdən fərqli ampluada keçiriləcək. Çünki ötən illərdən fərqli olaraq Azərbaycan Gənci qürurla, alnıaçıq, qalib ölkənin gənci kimi qatılacaq öz xüsusi gününə. Vətən Müharibəsində fədakarlıq göstərən, komandirlərinin tapşırıqlarını canla-başla yerinə yetirib bizə qələbə sevincini yaşadanlar da məhz gənclər idi. Torpaqların işğaldan azad olunması yolunda az gənc itirmədik. Gənclərimiz Vətənin azadlığı uğrunda canlarını fəda etdilər. Ruhları şad olsun! Gənc qazilərimizi də unutmaq olmaz, onlar da hər şeyi gözə alaraq döyüşlərə qatıldılar. Hazırda dövlətin qayğı və diqqəti ilə əhatə olunublar. İnşallah tezliklə sağlamlıqlarına qovuşacaqlar.

    Bu gün qətiyyətlə deyə bilərik ki, ölkə gəncləri Prezident cənab İlham Əliyevin uğurla apardığı daxili və xarici kursu alqışlayr, bu siyasətin icrasında daim onun yanındadaır. Çünki Ordumuzda da gənc əsgər və hərbçilər az deyil. Cənab İlham Əliyev həm də gənc hərbçilərimizin Ali Baş Komandanıdır.

    Əziz gənclər, bayramınız mübarək! Sizinlə Azərbaycan xalqı fəxr edir. Ölkəmizin gələcəyi sizlərə əmanətdir. Vətəni sevin, onu həmişə göz bəbəyiniz kimi qoruyun!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR