AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət tibb müəssisələrində vətəndaşlara ödənişsiz psixoloji konsultasiya xidməti göstərilir

  • + A
  • - A
  • 22-09-2022, 16:35

    Dövlət tibb müəssisələrində vətəndaşlara ödənişsiz psixoloji konsultasiya xidməti göstərilir

    İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) təşəbbüsü ilə TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində psixoloji yardım xidməti təşkil olunur. Sözügedən xidmət əhalinin psixi sağlamlığının yaxşılaşdırılmasına və psixoloji gərginlik hallarının aradan qaldırılmasına yönəlib. Bu məqsədlə TƏBİB-in tabeliyindəki 52 tibb müəssisəsində artıq 86 psixoloq ştatı yaradılıb. Hazırda yeni ştat üzrə 35 tibb müəssisəsində psixoloq ixtisası üzrə ali təhsil almış 45 kliniki psixoloq fəaliyyət göstərir. Digər tibb müəssisələrinə də kliniki psixoloqların işə qəbulu nəzərdə tutulub.
    İxtisaslaşdırılmış psixoloji yardım xidməti icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olmasa da, vətəndaşların psixi sağlamlığının qorunmasının vacibliyini nəzərə alaraq həmin şəxslərə xidmət ödənişsiz şəkildə həyata keçirilir. Tibb müəssisələrində kliniki psixoloji yardım həm uşaqlara, həm də böyüklərə göndərişsiz göstərilir.
    Mütəxəssislər depressiya, narahatlıq, qorxu, aşırı həyəcan və stres fonunda gündəlik həyatlarında psixoloji problemlər və sarsıntı yaşayan insanların psixoloji dəstək üçün psixoloqa müraciət etmələrini tövsiyə edirlər. Nərimanov Tibb Mərkəzinin psixoloqu Mələk Seyidovanın sözlərinə görə, psixoloqlar daha çox biopsixososial yanaşma ilə xəstəlikləri təyin edir və psixoloji problemlərin bioloji və sosial tərəflərinə diqqət edərək müalicə zamanı problemə uyğun fərqli psixoterapevtik texnikalardan istifadə edirlər:
    “İnsanın duyğu, düşüncə və ya davranışlarında hər zamankı hal ilə müqayisədə fərqliliklər yarana bilər. İnsan özünü emosional olaraq narahat hiss edə bilər və ya əvvəllər zövq aldığı fəaliyyətlər artıq ona mənasız gələ bilər. Bu kimi şikayətlər uzun müddət davam edirsə psixoloqa müraciət etmək lazımdır. İnsan müəyyən bir hadisə yaşadıqda bu müxtəlif düşüncələrə gətirib çıxarır. Həmin düşüncələr də fərqli neqativ duyğular yarada bilər. Yaranan bu duyğu insanın davranışlarına təsir etdiyi üçün arzuolunmaz nəticələrlə yekunlaşa bilər. Neqativ düşüncələrin alternativ düşüncələrlə əvəz olunması üçün psixoterapiyadan istifadə olunur”.
    Qeyd edək ki, ödənişsiz psixoloji xidmətə konsultasiya və testlər, dəyərləndirmənin nəticələrinə uyğun müalicə planının tərtib edilməsi, psixoterapiya müalicəsi (koqnitiv-davranış terapiyası, şəxsiyyətlərarası terapiya və s.) və ya ehtiyac olduqda multidisiplinar yanaşma daxildir (nevroloqlar, terapevtlər, psixiatrlarla və s. birlikdə iş).
    Psixoloji yardım psixoloji problemlərin həlli, şəxsiyyətlərarası münasibətlərin və psixi sağlamlığın yaxşılaşdırılması, şəxsiyyətin inkişafı, sosial adaptasiya məqsədi ilə psixoloji prinsiplər və metodlar əsasında həyata keçirilən tədbirlərdir. Psixoloji yardım müddətindən asılı olaraq təcili, birdəfəlik, qısamüddətli (12 sessiyaya qədər) və uzunmüddətli (12 sessiyadan çox) ola bilir. Psixoloji yardım zamanı etik kodeksə uyğun olaraq pasiyentlə bağlı məlumatların konfidensiallığı qorunur.
    Qeyd olunmalıdır ki, həmçinin Bakı şəhərində Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Psixi Sağlamlıq Mərkəzi, TƏBİB-in tabeliyində olan Uşaq Nevroloji Xəstəxanasında uşaq və yeniyetmələrə psixi və psixoloji xidmət göstərilir. Həmin xəstəxanalarda Daun və autizm sindromlu, nitq və psixi inkişafında müxtəlif dərəcəli əqli geriliyi olan, davranış pozuntusu, diqqət əksikliyi və hiperaktivlik pozğunluğu olan uşaq və yeniyetmələr reabilitasiyalara cəlb edilir, eyni zamanda psixopedaqoji iş aparılır. Uşaqlarının problemləri barədə valideynlər də maarifləndirilərək onlar da terapiyaya cəlb edilir, bəzi valideynlərə uşaqla məşğul olmaq üçün ev tapşırıqları verilir. Eyni zamanda xəstəxanalara müraciət edən valideynlərə ümumi maarifləndirici təlimlər də keçirilir.
    22.09.2022-ci il tarixinə olan məlumata görə psixoloqların fəaliyyət göstərdiyi tibb müəssisələrinin cədvəli
    Tibb müəssisəsi Ünvan
    Abşeron Rayon Mərkəzi Xəstəxanası Bakı-Quba avtomobil yolunun şimal-şərqi, 8-ci kilometr
    Ağdam Rayon Mərkəzi Xəstəxanası Quzanlı qəsəbəsi, Zərifə Əliyeva küçəsi
    Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası Bakı şəhəri, Abbas Mirzə Şərifzadə küçəsi 762
    Ağcabədi Rayon Mərkəzi Xəstəxanası Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsi 190
    Bərdə Rayon Mərkəzi Xəstəxanası Bərdə şəhəri, Bakı küçəsi 6
    Bərdə Müalicə Diaqnostika Mərkəzi Bərdə şəhəri, N.Nərimanov küçəsi 12
    Binəqədi Tibb Mərkəzi (6№-li BŞX) Bakı şəhəri, Arif Hüseynov küçəsi 195
    Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası Biləsuvar rayonu, 3 saylı qəsəbə
    Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu Bakı şəhəri, Kazım Kazımzadə küçəsi 118
    Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu Bakı şəhəri, Xətai prospekti 9
    Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu Bakı şəhəri, Məmmədəli Şərifli küçəsi 161
    Gəncə şəhər Birləşmiş Xəstəxanası Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 412
    Xəzər Tibb Mərkəzi (26 №-li BŞX) Bakı şəhəri, Ramin Qasımov küçəsi 6
    İmişli Rayon Mərkəzi Xəstəxanası İmişli şəhəri, Xanhüseyn Bəylərov küçəsi 92
    Kürdəmir Rayon Mərkəzi Xəstəxanası Kürdəmir şəhəri, Xanımsoltan İslamzadə küçəsi 12
    K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu Bakı şəhəri, Bəsti Bağırova küçəsi 17
    Quba Rayon Mərkəzi Xəstəxanası Quba şəhəri, Fətəli xan küçəsi 42
    Lənkəran Rayon Mərkəzi Xəstəxanası Lənkəran şəhəri, Nizami Gəncəvi küçəsi 67
    Milli Hematologiya və Transfuziologiya Mərkəzi Bakı şəhəri, Mirəli Qaşqay küçəsi 145
    M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Bakı şəhəri, Abbas Mirzə Şərifzadə küçəsi 196
    Nərimanov Tibb Mərkəzi Bakı şəhəri, Fətəli xan Xoyski küçəsi 85
    Nizami Tibb Mərkəzi Bakı şəhəri, Yavər Səfərov küçəsi 10
    Respublika Perinatal Mərkəzi Bakı şəhəri, Yusif Səfərov küçəsi 22
    Respublika Endokrinoloji Mərkəzi Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 112
    Suraxanı Tibb Mərkəzi Bakı şəhəri, Yeni Günəşli, A-B yaşayış massivi 355
    Sabunçu Tibb Mərkəzi (3 №-li ŞKX) Bakı şəhəri, Əsildar Məmmədəliyev küçəsi 20
    Sumqayıt Tibb Mərkəzi (1 nömrəli Ailə Sağlamlıq Mərkəzi) Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 25a
    Şirvan Müalicə Diaqnostika Mərkəzi Şirvan şəhəri, Məhəmməd Əmin Rəsulzadə küçəsi 99
    Şirvan Rayon Mərkəzi Xəstəxanası Şirvan şəhəri, Heydər Əliyev prospekti 16

    Şamaxı Rayon Mərkəzi Xəstəxanası Şamaxı şəhəri, Mövsüm Qədirli küçəsi
    Şəki Rayon Mərkəzi Xəstəxanası Şəki şəhəri, Zərifə Əliyeva küçəsi 177
    Tibbi Reabilitasiya Mərkəzi Mərdəkan qəsəbəsi, Baba Əliyev küçəsi 11
    V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 102a
    Yevlax Rayon Mərkəzi Xəstəxanası Yevlax şəhəri, Ceyhun Mustafayev küçəsi 105
    Zaqatala Rayon Mərkəzi Xəstəxanası Zaqatala şəhəri, Zərifə Əliyeva küçəsi




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR