Hamiləlikdən qorunma üsullarından biri də uşaqlıq daxili spiraldır. Spiral yerləşdirməyi düşünən xəstələri maraqlandıran suallardan biri ən əsası spiral çəki artmasına səbəb ola bilərmi sualıdır. Azadmedia.az xəbər verir ki, əslində spiralin kökəltmə kimi əlavə təsiri yoxdur. Nəticə etibarilə spiral əks təsirləri ən az olan, ən güvənilən və ən asan hamiləlikdən qorunma üsullarından biridir. Buna görə də, ən çox tövsiyə olunan qorunma üsullarından biri kimi geniş istifadə olunur. Qeyd edək ki, spiral menstruasiya müddətinin 3-4-5 ci günlərində qoyulması məsləhət görülür.
Uşaqlıq daxili spiral 5 il olmuşdursa və ya qadında şikayyətlər (qanama, ağrı, ləkələnmə və s.) varsa çıxarılması gərəkir.
Uşaqlıq daxili spiralın çıxarılması üçün xüsusi bir zaman yoxdur, istədiyiniz zaman çıxartdıra bilərsiniz.
Menstruasiya zamanı çıxarılarsa qadın daha az hiss edər.
Spiral çıxarılmadan 2-3 gün əvvəl artıq qorunmaq lazımdır, çünki spermatazoid uşaqlığın içində 24 saatdan da çox yaşaya bilir.
Buna görə də spiral çıxarmadan sonra cinsi əlaqə olmasada hamilə qalmaq mümkündür.
Uşaqlıq daxili spiral kimlərə uyğun deyil?Menstruasiya düzənsizliyi varsa
Menstruasiya qanaması çox olarsa
Uşaqlığın içində arakəsmə(septum) varsa
Uşaqlıq boşluğunda mioma varsa
Kiçik çanaq orqanlarının infeksiyon xəstəlikləri olarsa
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.